"Qarabağ"ın mübarizəyə başladığı II təsnifat mərhələsində hər komanda 300 min avro əldə edəcək. Növbəti mərhələnin dəyəri 400 min avrodu. "Play-off" çıхan komandalar 3 milyon, burda qalib gələnlər daha 2 milyon avro qazanacaq.

Qrup mərhələsinə vəsiqə qazanan hər klub 12 milyon avro iştirak haqqı alacaq. Qrupdakı hər qələbəyə görə iştirakçılara 1.5 milyon, heç-heçəyə görə 500 min avro veriləcək.


Azərbaycanın son çempionu "Qarabağ" klubu

1/8 xinala çıхan komandalar 5.5, 1/4-də iştirak edəcəklər 6, yarımfinala vəsiqə qazananlar 7 milyon avronu kassasına qoyacaq.

Çempionlar Liqasının finalçısına 10.5, qalibinə isə 15 milyon avro verib.

Yarışa II təsnifat mərhələsindən başlayan və "Rudar"ı (Çernoqoriya) yenərək "Seltik"ə rəqib olan "Qarabağ" artıq iki mərhələyə görə 700 min avro qazanıb.

Çempionlar Liqasının mükafat fondu

I təsnifat mərhələsi: 200.000 avro
II təsnifat mərhələsi: 300.000 avro
III təsnifat mərhələsi: 400.000 avro

"Play-off" mərhələsi: 3.000.000 avro
"Play-off"un qalibləri: 2.000.000 avro

Qrup mərhələsi: 12.000.000 avro
Qrup mərhələsində qələbə: 1.500.000 avro
Qrup mərhələsində heç-heçə: 500.000 avro

1/8 final mərhələsi: 5.500.000 avro
1/4 final mərhələsi: 6.000.000 avro

Yarımfinal mərhələsi: 7.000.000 avro

Finalist: 10.500.000 avro

Qalib: 15.000.000 avro

Avropa Liqasının da mükafat fondu bəllidi. UEFA klublara I təsnifat mərhələsinə görə 120, II mərhələyə görə 130, III mərhələyə görə 140, "play-off" mərhələsinə görə 150 min avro verir.

Qrup mərhələsinə vəsiqə qazanan hər klub 1,3 milyon avro alacaq. Qrupdakı hər qələbənin dəyəri 200, heç-heçənin dəyəri 100 min avrodu. Qrup qaliblərinə 400, ikinci yerlərin sahiblərinə 200 min avro veriləcək.

1/16 finala çıхan komandalar 200, 1/8 finala vəsiqə qazananlar 350, 1/4 finalda iştirak edənlər 450 min, yarımfinalda mübarizə aparacaqlar 1 milyon avro qazanacaq.

Finalist 2.5, Avropa Liqasının qalibi isə 5 milyon avro mükafat alacaq.

Qeyd edək ki, iki mərhələ keçən və III təsnifat mərhələsinə vəsiqə qazanan "İnter"lə "Qəbələ" 3 mərhələ üçün 390 min avro qazanıb. I təsnifat mərhələsində uduzan "Neftçi" isə 120 min avro ilə kifayətlənib.

Avropa Liqasının mükafat fondu

I təsnifat mərhələsi: 120.000 avro
II təsnifat mərhələsi: 130.000 avro
III təsnifat mərhələsi: 140.000 avro

"Play-off" mərhələsi: 150.000 avro

Qrup mərhələsi: 1.300.000 avro
Qrup mərhələsində qələbə: 200.000 avro
Qrup mərhələsində heç-heçə: 100.000 avro

Qrup qalibləri: 400.000 avro
Qrup ikinciləri: 200.000 avro

1/16 final mərhələsi: 200.000 avro
1/8 final mərhələsi: 350.000 avro
1/4 final mərhələsi: 450.000 avro

Yarımfinal mərhələsi: 1.000.000 avro

Finalist: 2.500.000 avro

Qalib: 5.000.000 avro