Baş kəsmək halı niyə çoxalıb?

18:00 / 28.10.2014

Dəyanət Rzayev: “Boğaz kəsmə cinayətlərinin artmasında həm İŞİD, həm də digər amillər mühüm rol oynayır"
Bir neçə gün öncə öz doğma bacısının başını kəsərək qətlə yetirən bir gənc qızın cinayəti nəinki ölkə gündəmini, hətta Türkiyə mətbuatını da silkələdi. Psixologiyada bu kimi hadisələrin səbəbini ilk dəfə Z.Freyd izah edib. Bütün dünyada analitik yanaşma kimi qəbul olunan Freyd nəzəriyyəsinə görə, uşaqlıqda yaşanan hadisələr, sıxışdırılmış arzu və istəklər, israf olunmamış nifrət, kin, hiddət, qəzəb, qisas, ödənilməmiş tələbatlar insanın gələcək həyatında arzuolunmaz məcraya yönələrək assosial motivlər yaradır.

İnsan yaşa dolduqda özündə yaranmış bu neqativ yükə görə qisas almaq istəyir. Ümumiyyətlə, diqqət etsək, görərik ki, son vaxtlar baş verən cinayət halları, əsasən, baş və ya boğaz kəsməklə həyata keçirilir. Maraqlıdır, cinayətlərin çoxalması və bunun xüsusən də əməli törədənin məhz baş kəsməklə qurbanını öldürmək istəməsi nə ilə bağlıdır? Bunda İŞİD-ın təsiri varmı? Məlumdur ki, İŞİD-in baş kəsmə videolarına sosial şəbəkələrdə və xəbər portallarında tez-tez rast gəlirik.

Psixoloq Dəyanət Rzayev boğaz kəsmə cinayətlərinin artmasında həm İŞİD-in, həm də digər amillərin mühüm rol oynadığını bildirdi: “Baş kəsmək asan bir şey deyil. Mən buna baş kəsmək yox, boğaz kəsmək deyərdim. Bu kimi hadisələrin baş verməyində nəinki İŞİD-in, hər bir hadisənin təsiri var. Amma sonuncu baş verən hadisə balaca bacının böyük bacısının başını kəsməsində müəmmalı məsələlər çoxdur. Diqqət etsək görərik ki, qız deyib ki, gecə mənə dedilər ki, dur bacını öldür və sairə. Sonradan da deyir ki, bacım cinsi azlıqlardandır. Mənə elə gəlir ki, bu cəfəngiyyatdır. Deyilənə görə, onlar çox qapalı qızlar olub. 

Psixi pozuntunun ən birinci əlaməti özünə qapalılıqdır. Ehtimal ola bilər ki, bu insan nəsə qəribə səslər eşidib və bunun nəticəsində də cinayət törədib. Psixoloqlar bu tip insanları aylarla müşahidə edirlər və sonda onun ruhi xəstə olub-olmadığını müəyyənləşdirirlər. Yəqin ki, bu qızı da belə müayinə edərlər. Əgər qız ruhi xəstə olarsa, o, cinayət məsuliyyətindən azad olacaq və ruhi xəstəxanada məcburi müalicə alacaq. Ümumiyyətlə, cinayət hallarının artmasına səbəb insanlarla polislər arasında münasibətlərin olmaması, insanların polislərdən qorxmasıdır. Nyu-York ən cinayətkar şəhər sayılırdı. Ancaq indi burada cinayət halları 84 faiz azalıb. Cinayət baş verməmişdən onun qarşısını almaq lazımdır. Yəni sosial strukturların, hüquq-mühafizə orqanlarının işi cinayət baş vermədən bunu önləməkdir. Hansı profilaktik tədbirlər görülür ki, insanlar polisdən qorxmasın?

Ümumiyyətlə, hansısa cinayət hadisəsi baş verəndə məlumat almaq üçün ilk öncə insanların qonşularına müraciət edilir. Ancaq qonşular məlumat vermir. Bizdə belə bir anlayış var ki, əgər mən qonşum haqqında hansısa bir məlumat versəm mənə satqın deyərlər. Halbuki bu yanlış bir fikirdir. Gərək hüquq-mühafizə orqanları insanlarla sıx əməkdaşlıq etsin. Cinayət baş verməmişdən əvvəl onlarda məlumat olmalıdır. Məsələn, qonşu qonşunu hədələyir, amma bunu heç kim gedib polisə çatdırmır və nəticədə hansısa cinayət halı baş verir. Amma Avropada belə bir şey olanda o dəqiqə zəng edib polisə xəbər verirlər. Ən vacib bir məqama da toxunmaq istərdim. Hərdən görürük ki, hansısa bir insan itin, pişiyin başını kəsir, öldürür. Həmin əməli törədənə qarşı cinayət işi qaldırıla bilər. Ancaq bunu etmirlər. Xatırlayırsınızsa, təzə bazarda körpə bir iti doğrayıb, ayaqlarını kəsmişdilər. Ancaq bu əməli törədən insan pul verməklə canını qurtardı və cəzalandırılmadı. Amma nəzərə almaq lazımdır ki, bu gün itin, pişiyin başını kəsib, doğrayan şəxs sabah eyni əməli insanların da üzərində edə bilər. Ona görə həmin şəxslər cəzalanmalıdır. Bundan başqa, bəzi adamlar ”avtoşluq" edənlərə rəğbət bəsləyir. Amma düşünmürlər ki, sabah həmin “avtoşluq” edənlər onların doğmalarını vura bilər. 

Bu barədə heç kim yazmır, danışmır ki, bunun qarşısı alınsın. İnsanlar niyə susur? Çünki onlarda ciddi kompleks var. Bu gün Azərbaycan cəmiyyətində psixopatların sayı günü-gündən artır. Məsələn, yol polisinin sürücünü təhqir etdiyini əks etdirən bir video yayımlanıb. Baxanda görünür ki, bu polis psixopatdır. Maraqlı sual isə budur ki, o psixopatın polis sıralarında nə işi var? Bu cür insanlar sabah bizi qoruya bilərmi? Bu gün Azərbaycan cəmiyyətində mədəniyyət deyə bir şey yoxdur. Buna görə də aqressivlik artıb. Aqresiya isə zaman-zaman cinayət hallarının artmasına səbəb olur. Boğaz kəsmək kimi tükürpədici dəhşətli cinayətlərin baş verməsinə səbəb yalnız aqressiya deyil. Xarici telekanallarda göstərilən manyakların, filmlərin də təsiri var".

"Yeni Müsavat"

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM