“QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ

11:31 / 27.10.2014

      "HEKAYƏ" 

    Mikrorayon bazarının dairəsi. Papaninə gedən yol. Hə, yəqin buranı deyiblərmiş. Amma, adı pisdir də - Qul bazarı. Hansı dövrdə yaşayırıq? Quldarlıq dövrü-zaddır ki? Heç olmasa adını fəhləxana qoyun. Belə yenə yaxşı səslənir. Eybi yox. Yaman günün ömrü az olar. Müvəqqəti çətinlikdir də... Uşaqları böyüdüb başa çatdırmalıyam. Özü də qız uşağıdırlar. Gözləri tox böyüməlidirlər. Bir də ki, üç qızı böyüdüb ər evinə köçürən atanın yeri behiştlikdir deyiblər. Bəlkə Cənnəti mənə bu balarım qazandırdılar.

         Getdikcə də adam çoxalır. Bəziləri parketyonan maşınıyla, dreliylə gəliblər.  Yəqin ustadırlar. Mənim əlimdəki kulyokdasa bir köhnə şalvar-köynəkdir, bir cüt də cırıq ayaqqabı. Hə, arvad günortaya pendir-çörək də qoyub. Amma çayı hardan tapacam. Pulum evə qayıtmağa çatar,  əgər iş tapa bilməsəm. Başqalarına bax – termosla gəliblər. Gör mənim arvadımın ağlına gələr? Lap gəlsə belə, termosumuz deyəsən  yoxdu axı.

        Özü də üç-üç, dörd-dörd dayanıblar. Yəqin qohum-tanışdırlar. Ailə briqadası qurublar.  Hamısı da maşallah canlı, cüssəli. İndi fəhlə kimi işləməyə onları götürərlər, yoxsa cüssəsiz məni? Əlbəttə ki, onları.

           Səkidə dayananların sayı artdıqca, yavaş-yavaş məni də qırağa sıxırlar. Nə həyasızdırlar e. Maşının dayanmağına bənddirlər, biri arxa qapını açır minir, o biri qabaq qapını. Bir buna bax. Ay kişi, axı maşında dörd yer var, sən özünü hara soxursan? Hələ bir gör nə deyir? “Qaçqınam. Qurban olum, məni də götür!” Nəyimə lazımdır e... Qoy nə deyirlər desinlər.  Allah onlara da bir çörək yeri yetirsin, mənə də.

          Birdən maşını saxlayıb soruşsalar ki, “nə iş bacarırsan?”,  nə cavab verim? Deyərəm ki, hər şey. Bu zəmanədə ən birinci dilin olmalıdır. Dilin olmadısa batarsan. Bəlkə bir az qələbəlik olan yerə gedim? Burda çətin ki, məni görüb  götürən olsun. Hə, dairəyə yaxın yaxşıdır. Burda dayanacağam.

-         Qağa, - deyə biri səslənir. Deyəsən mənimlədir, - qağa, səninlə deyiləm? Burda dayanma. Bura bizim territoriyadır.

-         Kəndinizdən belində gətirmisən? Onu kim çıxartdı, - deyə cavabını verirəm.

-         Artıq-əskik danışma, Deyəsən Semaşkoluq olmaq istəyirsən a? Bas burdan o yana.

          İstəyirəm qol gücümü nümayiş etdirərək cavablarını verim. Amma çoxdurlar. Hamısı da pəhləvana bənzəyir. Lap tək olsaydı da heç nə edə bilməzdim. Füləsə yıxılaram. Keçirəm yan böyrə. Beləcə bütün rayonlardan olanların “territoriya”larını gəzib qayıdıram əvvəlki yerimə. “Eybi yox, bura da yaxşıdır. Çörəyi Allah yetirir. Qismətimdə varsa burda da yetirər”.

         Ayaqüstə dayanmaqdan da yoruldum. Dizlərimi qatlayıb oturum bir az. Yox, biədəb görsənir. Elə bil “aziatski unitaz”da oturmuşam. Arvad-uşaq keçir, ayıbdır. Özümü dikəldirəm. Maşınlar gəlib gedir. Amma mənə tərəf heç baxan da yoxdur. Küçədə dayanan fahişələri indi başa düşməyə başlayıram. Gör necə çətinmiş işləri. Dörd saat dayanmışam, artıq bezmişəm. O yazıqlar isə kabluk ayaqqabıda, qışın soyuğunda, payızın yağıçında mini yubkada, saçı-başı, yaxası  açıq necə dayanırlar görəsən? Vallah, qəhrəmandırlar. Mən kişi xeylağı isə dörd saatdır burdayam, artıq dözə bilmirəm. Yorulmuşam. Sonra da deyirlər ki, qadın zərif, zəif məxluqdur. Yalan deyirlər. Kişi zəif məxluqdur. Özü də bu zəmanədə. Qul olmaq da əlindən gəlmir. 

Bir kənd var e, Derembel. Ora qonaq getmişdim. Danışdılar ki, bəs bu kəndin belə bir adəti var – dilənçiliyi bacarmayana qız vermirlər. Güldüm onların bu adətlərinə. Amma indi görürəm ki, ağıllı adammışlar. Heç olmasa dilənçiliyi bacaraydım. Axı, bunu da bacarmıram. Onda, ailəm necə olsun? Acından ölsün? Yox. Maşın dayananda mən də qaçacağam. Yalvaracağam. Bəlkə rəhmləri gəldi. Məni də götürdülər.

         Günorta da oldu. Pendir-çörəyimi yeyim, Allahıma şükür edim. Şükür etməyib, neyləyəcəyəm ki? Məni bu günə salıbsa, deməli  nəsə bilir də... Allahımla durub spor edəcəyəm? Spor eləyərəm, başıma özüm boyda daş salar. Balalarım qalar yetim. İndi oturublar məni gözləyirlər. Arvad da böyük bir siyahı yazıb qoyub cibimə ki, gələndə alarsan. İndi iş tapmasam nə olacaq? Gərək borc tapım hardansa. Yox, hələ bu barədə düşünməyim. Saat hələ gör neçədir? Heç üç olmayıb. Mən isə indidən bədbinliyə qapılıram.

           Dairə də yavaş-yavaş boşalır. Bu yaxşı oldu. Nə qədər az adam olsa, mənim də bəxtim tez açılar. Amma, nə gözəl maşınlar şütüyür? Allah artıq eləsin, amma mən istəməzdim. Aşağısı bir otuz min manat qiyməti var. Otuz minə mən gör neçə il şah kimi yaşayardım e... Günə iyirmi manatdan – bu aya edir altı yüz manat. İlə vursan 7200 manat. Düz dörd il bir ay on beş gün dərd-sərsiz yaşamaq olar  bu pula. Özü də evdən bayıra çıxmadan. Mənim isə gözüm iş verən axtarır. Yox, pis çıxdı “iş verən” deməyim. Lap “işverən”ə oxşadı.  Yanlarında da bu söz ağzımdan çıxsa,  başıma qapaz vurub qovarlar. Özü də ki, işləri görüb başa çatdırandan sonra. Acığa, pulumu da verməzlər. Nə isə. Kim olur-olsun, təki məni burdan götürüb aparsın. Yer süpürüm, torpaq belləyim, zibil atım – nə desələr eləməyə hazıram.

             Budur e, vaxtında  sənət öyrənməməyin axırı. Soruşanda da hələ fəxrlə deyirəm ki, Universitetin kitabxanaçılıq fakültəsini bitirmişəm. Kül mənim başıma. Kitabxanaçı maaşına da indiki dövrdə beş baş ailə saxlamaq olar? Təki vaxtında kənd təsərrüfatı texnikumuna girəydim. Baytardan, arıçıdan olardım. Mən mal-qara saxlayardım, arı saxlayardım, onlar da məni, mən də ailəmi. Torpağı əkib-becərib öldürərdim, o isə məni dirildərdi. Yox, belə getsə qayıdacağam kəndə.

           Hava da qaralır. Xoşum gəlmir də qışdan. Yayda heç olmasa Günəş gec batır. Dairə də yavaş-yavaş boşalır. Deyəsən bu günüm boşa çıxır. Yaxşı ki, səhər avtobusla gələndə düşüb qaçdım, pul vermədim. Gedəndə də elə etsəm heç olmasa çörək ala bilərəm. Qırx qəpik də qırx qəpikdir də... Bir təhər gecəni keçirərik. Sabaha təvəkkül. Görək nə olur.

         Hə, dairə tamam boşaldı. Bəs mən nə gözləyirəm? Yox, əliboş getmək olmaz. Bir az da gözləyim. Allah deyəsən səsimi eşitdi. Bir dənə qəşəng “CİP” gəlir. Görəsən bu, neçəyə olar? Yox, bu otuz minlikdən deyil. Azı-azı  yüz min qiyməti var. A, dayandı. Deyəsən, bəxtim açıldı. Amma, görəsən qaranlıqda bu iş nə iş olacaq ki? Mən nə vaxt başlayıb, nə vaxt qurtaracağam? Şüşəni aşağı salır. A, qız imiş ki, sükan arxasında. İndi yəqin hansısa şadlıq evinin yerini soruşacaq. Şəhəri tanımırsansa, nə vacibdir e, maşın sürməyin. Qız, sənin şofer boyunu yerə soxum. Sənə prava verənin... Əli, dayan, nə olub? Nə qızışıb özündən çıxmısan? Bir yaxınlaş gör nə istəyir?

-         Xanım, nəsə bir kömək lazımdır?

-         Dayı, mən it axtarıram.

-         Nə?

-         İt.

-         Burda it satılmır.

-         Bəs onda nə edim? Mənə təcili it lazımdır.

-         Üzr istəyirəm. Gecə vaxtı mən sizinçün hardan it tapım? Bir də ki, nə vacib iş çıxıb ki, it axtarırsınız?

-         Bağda qəfəsdən quş çıxıb, onu tutub yerinə salmaq üçün.

-         İt onu tutsa boğar ki?

-         Mənə də o lazımdır da... Ki, ağzında tutub mənə gətirsin.

-         Vallah, ilk dəfədir ki, belə şey eşidirəm.

-         Dayı, siz quşu tutmağa yardım edərsinizmi?

-         Niyə etmirəm ki, a bala, nə çətin şeydir ki, quş tutmaq.

-         Onda, əyləş, getdik.

-         Bağ hardadır ki?

-         Mərdəkanda.

-         Nə qədər verəcəksən?

-         100 dollar. Əgər quşu tutub mənə verə bilsən.

“100 dollar” sözünü eşidəndə boğazım qurudu. Yenə də fikirləşdim ki, qız məni dolayır. Amma ciddi danışırdı.

-         Birdən quşu tuta bilməsəm? -  deyə soruşdum.

-         Onda yol pulunu verərik, qayıdarsan.

Maşının qapısını açıb, qabaqda əyləşdim. Başqa əlacım da yox idi. Kənd uşağıydım. Hasarlı bağda quşu tutmağa nə var idi ki?  Bir də ki, ortada 100 dollar söhbəti vardı. Bu pulla evə getsəydim arvadın gözü çıxacaqdı kəlləsinə.

Arxada bir qız, iki oğlan  oturmuşdu. Danışıqlarından şəhər uşaqlarına oxşayırdılar. Siqaret çəkirdilər. Hərəsinin də əlində bir şüşə.

-         Dayı, siqaret çəkirsən? – deyə arxadakı qız dilləndi.

-         Yox, başına dönüm, çəkmirəm.

-         Bəlkə viski içəsən. Ləbləbiylə.

-         Yox, içmirəm.

-         Lala, nə yaxşı itin var sənin. Nə siqaret çəkir, nə viski içir. Mənim bu alfonslarımda isə heç otkaz yoxdur. Verməsən də, özləri istəyirlər.

-         Ay bala, alfons nədir?

-         O da elə it kimi bir şeydir. Amma qucaq iti.

Aman Allah, bunlar nə danışırlar? Nə it? Nə əl iti? Nə alfons? Mənə də it deyirlər. Görəsən məni hansı cinsə aid edirlər? Ərinmədim soruşdum.

-         Dayı, sən isə bizim ov itimizsən. Bizimçün quş ovlayacaqsan.

Day sual vermədim. Yaxşı ki, 100 dolları əvvəldən demişdilər. Yoxsa, bunların dədəsini, nənəsini söyüb maşından düşəcəkdim. Amma 100 dolların xətrinə dözürdüm. Qurban olsunlar yaşıl yüzlüyə. Yüzlüyə yox e, evdə ac-yalavac yemək gözləyən uşaqlarıma.

          Sükan arxasında oturan qız gözəl geyinmişdi -  qırmızı rəngdə dublyonka, qara şalvar, qırmızı uzunboğaz çəkmə. Gözündə eynək vardı. Arxada oturan oğlanların cınqırı da çıxmırdı. Təkcə Lalanın rəfiqəsindən başqa.

-         Dayı, hansı parodadasan?

Qaldım ki, nə cavab verim. Paroda-zad tanıyırdım? Bircə çoban iti görmüşdüm rayonda. Ona görə də:

-         Çoban iti parodasından, qızım.

-         Çoban iti? Lala, maşını saxla. Bizi dişləyər. Mən qorxuram. Fu, Toplan, fu! –  demişdi ki, arxada gülüş səsləri bir-birinə qarışdı. Lala:

-         Bəsdirin  mənim Toplanıma sataşdınız. Canınızı alaram ha.

Arxada oturanlar səslərini kəsdilər. Lala yolüstü supermarketin yanında saxladı. “Nə alım sizə?” soruşdu. Oğlanlar pivəylə çipsi  istədi. Rəfiqəsi isə viski. Mən isə heç nə istəmədim. Çünki, məndən soruşan da olmadı. Amma ürəyim yaman yanırdı. Su istəyirdim. Birdən qızın rəfiqəsi maşının pencərəsini endirib dükana girmək istəyən Lalanı çağırdı:

-         Lala, Lala, Toplançun da Çappi al, - dedi.

Təzədən arxada oturanların qaqqanağı aləmi götürdü. Mən isə fikir vermirdim. Fikrim 100 dolların yanındaydı. Lala marketdən qayıtdı. Yola düşdük. On dəqiqədən sonra bağa çatdıq. Darvazanı bir yaşlı kişi açdı. Gözəl, geniş bir bağ idi. Yarım hektar ərazisi olardı. Meyvə ağacları, dekorativ bitkilər, gül kolları. Ortada basseyn də vardı. Belə bağı kinolarda görmüşdüm. Qismət oldu gözümlə də gördüm. Lala, rəfiqəsi və oğlanlar evin girişinin qarşısındakı eyvan kimi yerə çıxdılar. Bir stol və dörd stul qoyulmuşdu. Üstündə də müxtəlif qəlyanaltılar, meyvələr. Əyləşdilər. Buradan həyət əl içi kimi aydın görsənirdi. Lala mənə tərəf çönüb:

-         Toplan, sən də gəl yanımda çömbəl.

Lalanın dediyi kimi etdim. Gəlib yanında dayandım.

-         Elə yox, it kimi çömbəl. Axı, sən mənim Toplanımsan.

O dediyi kimi də elədim. Əllərimi, dizlərimi yerə qoyub, it kimi dayandım.  Lala şokoladı kağızından çıxarıb ağzıma yaxınlaşdırdı. Mən də ağzımı açdım. Konfeti qoydu ağzıma.

-         Molodes, Toplan, molodes, - deyib başımı sığalladı.

Düzün desəm xoşhallandım. Başıma ilk dəfəydi ki, bu cür qəşəng qız əli dəyirdi. Birdən Lalanın rəfiqəsi qabdan mandarin götürüb stoldan beş-altı addım kənara atdı və “vzyat, Toplan” dedi. Mən də eləmə tənbəllik, ürəyimdə  “qurban olasuz 100 dollara” deyib mandarinin dalıyca qaçdım. Qaçmadım –düzünü desəm iməklədim. Dodağımla-dişimlə yerdən götürüb, gətirdim verdim Lalaya. O bir də başımı sığalladı. Mandarini soyub, dilim-dilim ağzıma qoydu. Bu vaxt qapını açan yaşlı kişi əlində balaca bir qəfəs gəldi. İçində bildirçinə bənzər quş vardı.  Nəsə çöl quşuna bənzəyiridi. Qapqara idi. Lalanın işarəsiylə kişi qəfəsin cəftəsini açdı. Quş içindən ildırım sürətiylə çıxıb bağa qaçdı. Ayağa durub dalıyca qaçmaq istəyirdim ki, Lala qışqırdı.

-         İki ayaqla yox, axı sən Toplansan. Dördayaqlı qaçmalısan. Quşu da dişinlə tutmalısan, bildin! - dedi.

Lala deyən kimi də elədim. Girdim bağa. Quş gözümə dəymirdi. Başladım dördayaqlı hasar boyu gəzməyə. Əlimə tikan batsa da, dizlərimi daş əzsə də dözürdüm. Lalagil isə yuxarıdan baxıb tamaşa edirdilər. Lala dinməsə də, rəfiqəsiylə oğlanlar “İşşi, Toplan, işşi” deyib gülüşürdülər. Birdən quşu gördüm. Yaxınlaşmışdım ki, götürüldü. Mən də onun dalıyca. İt kimi ləhləyirdim, dilim ağzımdan çıxmışdı. Bütün diqqətim isə quşdaydı ki, birdən nəzərdən qaçar. Çox cəld idi, çata bilmirdim. Çatanda isə birdən sağa, ya sola dönər, mən də elə edəndə başım ağacın gövdəsinə dəyib yaralanardı. Alnımın qanını silib yenidən quşun dalıyca yüyüyürdüm. Mən yorulmuşdum. Amma quş çox becid idi. Özü də ki, onu dişlərimlə tutmalıydım. Yenə quşu nəzərimdən qaçırtdım. Bu dəfə Lalanın səsi gəldi:

-         Toplan, hür! Toplan, zvuk! – dedi.

-         Ham-ham, - deyə bərkdən hürdüm.

       Quş səsimdən qorxub ağacın dalından çıxıb qaçmağa başladı. Mən də onun dalınca. Özü də hürə-hürə. Hürmək işimə yaramışdı. Artıq hürə-hürə qaçırdım. Hürməyim quşu da qorxuzurdu. Artıq yorulmuşdu. Ağacların arxasında, dibində gizlənə bilmirdi. Burnumu da işə salmışdım. Sanki quşun iyini hiss edirdim, duyurdum. Nəhayət yarım saat qovdu-qaçdıdan sonra quşu küncə çıxıb ağzımla tutdum. Amma dişlərimi bərk sıxmadım ki, ölər. Bundan istifadə edib quş  gözümə dimdik atmağa başladı. Gözümün ağrısından qışqırdım. Quş da ağzımdan qurtuldu. Yenidən dalıyca cumdum. Beləcə həyəti bir dəfə də dövrə vurduqdan sonra quşu tutdum. Dişlərimi də bir-birinə bərk-bərk qıcadım. Quşun canı çıxdı.

          Sonra orğun-orğun Lalanın yanına qayıdıb, ovu onun qarşısında ağzımdan yerə qoydum, yorğunluqdan arxası üstə tametin üstünə sərələndim. O da yaxına gəlib qırmızı çəkməsiylə qarnımı sığallamağa, “Toplan xoroşiy, Toplan xoroşiy” deməyə başladı. Sonra  əl çantasını açıb içindən  yüzlük dollar çıxartdı. Mənə yenidən it kimi dördayağı üstə dayanmağı əmr etdi. Mən də dayandım. Pulu bürmələyib  ağzıma soxdu. Sonra arxama bir təpik vurub, “Poşol” dedi.  Pulu ağzımdan çıxarıb cibimə qoydum. Həyətdəki kranı açıb əl-üzümü yudum. Ağzımı yaxaladım. Üst-başımı çırpdım. Özümü səliqəyə saldım. Eyvana tərəf baxdım. İndi oğlanlar dördayaqlı durub üzlərini qızların ayağına sürtürdülər. Boyunlarına xalta keçirmişdilər. İpin ucu  isə  qızların əlindəydi.  Yuxarı dartanda başlarını qızların göbəyinə qoyar, dillərini çıxarıb it kimi ləhləyərək paltarın üstündən ayaqlarını, çəkmələrini yalayardılar.  Sonra isə qızlar ayağa qalxıb evə doğru yönəldilər. Oğlanlar da dördayaqlı onların yanlarıyla getdilər.  Özü də hürə-hürə.

          Yaşlı kişi məni darvazadan ötürdü. Avtobus dayanacağının yerini göstərdi. Özümü metroya güclə çatdırıb gəldim evə. Yolda heç nə almadım. Pulu arvada verib üzüqoylu uzandım taxta. O da tez paltosunu geyinib düşdü həyətdəki marketə. Az keçməmiş əlidolu qayıtdı. Nə almışdı,  bilmirəm. Yorğun idim. Ayağa qalxıb baxa da bilmədim. Amma qızlarım bir-bir gəlib məni öpür, başımı sığallayırdılar. Mən də bu sığalların dalğasında yuxuya getdim.

         Səhər tezdən oyandım. İşə getməliydim. Qul bazarına. Arvad pal-paltarımı tərtəmiz eləmişdi. Üstəlik giley-güzar da etdi ki, bəs dəyişəyin ola-ola işləyəndə köhnələrini niyə geyinməmisən. Şalvarın dizləri süzülüb.

        Avtobusa minib yenidən gəldim mikrorayon dairəsinə. Əvvəlki yerimi tutdum.            Gözüm keçən maşınları sayırdı. Təkcə markasına, rənginə, təzəliyinə-köhnəliyinə baxmırdım. Nömrələrini də oxuyurdum. İçindəki adamların sifətini süzürdüm. Cürbəcür idilər. Ötəri olsa da üz cizgiləri mənə çox şey deyirdi. Amma ötən  gecəki hadisədən baş aça bilmirdim. Onlar kim idilər? Niyə belə edirlər? İnsanı alçaltmağın çox yolları var. Amma kişinin qürurunu bu qədər alçaltmaq? Düzü mənə çatmırdı. Bu fikirlər beynimdən çıxmasa da, gözüm maşınlarda idi. İş tapmalıydım ki, bu gün də evə boş qayıtmayım. Beləcə axşam düşdü. Mən gözlədim, amma mənə iş verəcək  iş verən gəlmədi ki, gəlmədi. Amma dünənkindən fərqli olaraq bu gün ürəyim sakit idi. Çünki cibimdə pulum vardı. Amma arxayınlaşmamalıydım. Məndən asılı isə heç nə yox idi. Mən seçmirdim, məni seçirdilər. Bu an yanımda ağ rəngli maşın saxladı. Şüşəni saldı. Lala idi.

-         Salam, dayı.

-         Salam. Yenə it lazımdır?

-         Hə. Hardan bildin?

-         Bildim də...

-         Gəl, otur maşına. Soyuqdur.

-         Eybi yox. Bura da yaxşıdır.

-         Küsdüm. İndi sən mənim Toplanım olmaq istəmirsən? – deyə Lala naz atdı.

-         Yox.

-         Eybi yox. Bax qabaqda biri dayanıb. Aparıb 100 dolları ona verərəm. O, olar mənim Toplanım. Küsdüm səndən.

Bunu deyib, qız maşını irəli sürdü. Başqa bir “qul”un yanında dayandı. Nə dedi, nə demədisə “qul” maşına əyləşdi. Sürüb getdilər. Bir anlıq peşiman oldum “yox” deməyimə.  100 dollar əlimdən çıxmışdı axı. Amma kişi qüruru deyilən şey də var. Dünən məcbur idim, amma bu gün “hə” deyə bilməzdim. Bir tərəfdən bu cür fikirləşirdim, o yandan isə maraq məni boğurdu ki, Lala niyə belə edir? Çıxartdığı oyunlardan nə həzz alır axı? Dostlarını başına  yığıb mərc qoşsaydı ki,  “ “qul” quşu tuta biləcək, ya yox?”,  başa düşərdim. Amma sifətində həzdən  bir qram da əlamət görmədim. Bəs pulu o cür verməyi nə idi? Nəsə suallar beynimi qarışdırsa da, söz vermişdim ki, bir də onun maşınına əyləşməyəcəyəm.

           Beləcə, iki saat da dairədə gözlədim. Heç kimə lazım olmadım. Avtobusa minib evə qayıtdım. Qızların dərsləriylə məşğul oldum, televizora baxdım. Sonra isə yatdım. Səhər erkən yenə mikrorayon dairəsinə gəldim. Beləcə axşamacan gözlədim. Dünən Lalanın maşına mindirdiyi qul da yanımdaydı. Başqa bir təzə yoluğ da peyda olmuşdu. Yaman əzilib-büzülürdü.  İstədim ki, dünən  Lalanın maşınına minəndən  soruşum ki, bəs nə oldu? Özümü güclə saxladım. İstəmədim  bilsin ki, mən də onun kimi Toplanam.  Axşam yenə köhnə səhnə təkrar olundu. Lala başqa bir bahalı maşında yanımızda dayandı. Dünənki qul irəli hoppananda lala əli ilə “Dur!” işarəsi verdi.

-         Mənə qancıq it lazımdır. Sizdə qancıq var?

        Mən cavab vermədim. Dünənki kişi isə “Yox, mən erkək itəm” dedi. Təzə, əzilib-büzülə dayanan oğlan isə:

-         Var, var. Mən qancıq itəm.

-         Onda əyləş maşına, - deyə Lala əmr etdi.

        Oğlan tez maşına əyləşdi. Lala qaza basıb şütüyüb getdi. Mən də bir-iki saat dayanıb evə qayıtdım.

         Ertəsi yenə dairədəydim. Gəlməyimi gördüm, bəxtim o saat açıldı. Birinin bağını belləmək işi çıxdı. İşimi tez başa çatdırdım. 20 manatımı alıb evə qayıtdım. O biri gün də həmin adama tuş gəldim. Bu səfər bağın həyətini yığışdırdım. Yenə də 20 manat verdi. Daha dalımca dairəyə gəlmirdilər. Səhər tezdən özüm bağa gedirdim. Demişdilər ki, tətil günləri bağda olacaqlar, mən də hər gün ora gəlim. Beləcə Allah on gün ruzumu yetirdi. Sonra tətil başa çatdı, mən daha lazım olmadım.

          Yenidən dairəyə qayıtdım. Harada ki, əvvəllər mən dayanmışdım, burda artıq beş-altı nəfər dururdu. Onlardan yalnız Lalanın apardığı kişini və əzilib-büzülən oğlanı tanıdım. O birilər təzə idi. Axşamacan gözlədim. Bəxtim gətirmədi. Həmişəki vaxtda yenə Lala maşınla gəldi. Yanımda dayananlar maşını görcək başladılar hürməyə, zingildəməyə. Mən isə qıraqda dayanıb bu mənzərəyə tamaşa edirdim. Lala şüşəni aşağı salıb əzilən-büzülən oğlanı çağırdı. O maşına yaxınlaşdı. Lala nə dedi, nə demədi - bilmirəm. Oğlan mənə tərəf gəldi:

-         Lala xanım səni çağırır.

-         Gəlmirəm.

-         Gəl. 100 dollar verir, yarısı sənin, yarısı da mənim.

-         Gəlmirəm.

-         Gəlmirsən, onda özün get de, mən qorxuram. Məni döyər.

Maşına yaxınlaşdım. Lala amiranə şəkildə:

-         Otur maşına, -  dedi.

-         Mən sizinçün it deyiləm. Axı, niyə belə edirsiniz ? İnsanlarla belə davranmazlar axı?

-         Bəs o gün Toplanım olmuşdun. Heç onda belə danışmırdın.

-         Uşaqlarım ac idi. Onların xətrinə it oldum. Amma ömrümün axırınacan belə olmaq istəmirəm. Uşaqlarımın xatirinə lap ölməyə də hazıram. Amma bir də it olmağa yox.

-         Otur maşına, sözüm var.

-         Yox.

-         Otur dedim. Demirəm ki, it ol. Sadəcə otur mənimlə gedək bağa. İki-üç saatlığa. 100 dolları da elə-belə verəcəm. Vaxt itirdiyinə görə.

-         Elə də olur?

-         Hə.

          Oturdum maşına. Lala əzilib-büzülən oğlanı da səslədi. O da arxada oturdu. O birilər isə dairədə hürə-hürə qaldılar. Lala “sizi də gələn dəfə apararam” deyib, qazı basdı.

           Bağa çatdıq. Qapını yenə də yaşlı kişi açdı. Bu dəfə eyvanda açılan süfrəyə ikimiz oturduq. Əzilib-büzülən oğlan isə “Hanı mənim doqum?” deyə dördayaqlı ortada var-gəl edirdi. Birdən yaşlı kişi hündür ayaqlı qara  doqu gətirdi. Bunu görüb oğlan lap əldən getməyə başladı. Itin də ağzının suyu axmağa, bədəninin əzaları titrəməyə başladı. Lalanın işarəsiylə kişi doqu buraxdı. İt o saat oğlanın üstünə cumdu. Dedim ki, parçalayacaq yazığı. Amma heç dişləmədi də. Oğlanla qucaqlaşıb yerə sərilib o üz-bu üz fırlanmağa başladılar. Lala da bu mənzərəni seyr edir, hərdən şampan şərabından içirdi. Gözlərini itdən və oğlandan ayırmırdı. Birdən ayağa durdu. Oğlanın şalvarının düyməsini açıb aşağı çəkdi. Ona heç nə deməmiş oğlan iki əli və dizləri yerdə - it kimi dayaq durdu. Doq oğlanın arxasına keçdi...

            Bu igrənc mənzərəyə baxa bilməyib üzümü yana çevirdim. Amma ki, Lala baxırdı. Gözlərini də qırpmırdı. Ağlamırdı, amma gözlərində yaş  gilələnərək  yanağından aşağı köynəyinə düşürdü. Nəhayət doq şəhvətini söndürüb  Lalanın yanına gəldi.  Sahibinin əlindən  yağlı kolbasa dilimi alıb ləzzətlə yedi.  Lala çantasını açıb 100 dollar çıxardıb oğlana verdi. Arxasına da bir təpik vurub, “poşol!” dedi. O getdi.  Mən isə qaldım.  Lala dinmirdi. Eləcə içgidən qədəhlərə doldurub dalbadal  içirdi. Deyəsən sərxoş olmaq istəyirdi.

-         Mən gedim, - deyə dilləndim.

-         Getmə.

-         Niyə?

-         Mənə sözün yoxdur ki?

-         Yox.  Sualımı maşında verdim də...

-         Bəs, cavab almaq istəmirsən?

-         İstəyirəm.

-         Onda isə tələsmə. Mən danışım, sən də qulaq as. Heç kimə danışmamışam. Amma səninlə özümün fahişə taleyimdə  bir oxşarlıq gördüm.

-         Allah eləməsin. Mən fahişə?

-         Hə. Sadəcə sənə yazığım gəldi. Axıracan qulaq as başa düşəcəksən.

 

***

 

           Mən tərbiyəli bir qız idim. Ərə getmişdim. Bir oğlum da vardı. Kasıb yaşayırdıq. Qarnımız yarıac, yarıtox dolanırdıq. Ərim səhər çıxır, gecə gəlirdi. Əlindən də fəhləlikdən başqa bir iş gəlmirdi. İş tapanda pulu olurdu, olmayanda isə...

           Günlərin bir günü uşaq xəstələndi. Təcili dərman lazım idi. Pul da ki, yox idi.  Qonşudan istədim. Onlarda da olmadı. Uşağı qonşunun yanında qoyub düşdüm aptekə ki, bəlkə nisyə ala bilim. Aptekin müdiri yerində olmadı. Satıcı da özbaşına dərman verə bilməyəcəyini dedi. Onda qonşu həyətdəki aptekə qaçdım. Ordan da əliboş çıxdım. Beləcə ətrafdakı bütün aptekləri gəzdim. Amma, heç biri dərmanı nisyə vermədi. Naəlac evə qayıdırdım ki, yanımda bahalı, xarici maşın dayandı. Qabaqda oturan qapının şüşəsini endirib qolunu bayıra çıxarmışdı. Əlində də pul vardı. Əvvəl başa düşmədim. Sonra oğlan:

-         Nə naz edirsən? – sonra da yanındakına, -  bir saatına 50  dollar verirəm, naz-qoz atır, - dedi.  Məsələnin nə yerdə olduğunu başa düşdüm. Anladım ki, məni tərbiyəsiz qıza oxşadıblar. Bir anlıq xəstə oğlum gəlib dayandı göz qabağımda. Tərbiyə, abır, namus – hamısı keçdi arxa sıraya. Mənə pul lazım idi ki, oğlumu xilas edim.

-         Yaxşı, razıyam, - deyib pulu oğlanın əlindən qapdım. Arxa qapını açıb maşına əyləşdim. Oğlan da arxaya keçdi. Elə maşındaca...

Sonralar bildim ki, həmin küçədə əxlaqsız qadınlar dayanırlarmış. Kimə də qız lazım olanda ora gedirmiş. Növbəti dəfə də pis vəziyyətə düşdüm. Yenə uşaq xəstələnmişdi. Yenə apteklərdə işləyənlərə yalvardım. Vermədilər. Məcbur olub həmin küçəyə getdim. Üst-başım yaxşı olmasa da özüm cavan, gözəl idim. Ona görə də həmən müştərim çıxdı. Amma onlar maşında məşğul olmaq istəmədilər. Məni bağ evlərinə gətirdilər. Onlar üç, mən tək idim. Elə bağın həyətindəcə soyunmağımı tələb etdilər. Dedilər ki, yüz dollar verəcəyik, əgər dediklərimizi eləsən. Razılaşdım. Dedilər ki, it kimi iki əlin, dizin yerdə çömbəl. Çömbəldim. Bir də gördüm ki, üstümə iri qara bir it cumdu. Qorxumdan yerimdən tərpənə bilmədim. Oğlanların isə gülüş səsləri aləmi bürümüşdü. Mən isə bilmirdim ki, qorxumdan qışqırım, ya ağlayım. İt  bədənimi yalayır, o yan-bu yanıma keçirdi. Ağzının suyu axırdı. Tüpürcəyi bədənimə yapışırdı. Nəhayət it arxama keçdi. Bir də gördüm ki, qabaq ayaqlarını çiynimə qoyub. Sonra isə... İt şəhvətini söndürüb, nəhayət, əl çəkdi. Ayağa durdum, paltarımı geyindim. Yüz dolların üstünə bir yüz dollar da qoyub, maşına mindirib gətirib məni mindirdikləri yerdə də düşürtdülər. Evə gəlib hamama girdim. On dəfə sabunlandım. Amma yenə də özümdən igrənməyim keçmirdi. Oğlanlarda da təqsir görmürdüm. Ağlamırdım da. Özü yıxılan ağlamaz deyiblər. Ertəsi gün o hadisəni əks etdirən kadrlar cib telefonlarını gəzdi. Demə bu oğlanlar hamısını telefona çəkibmişlər.  Qısası, ailəm dağıldı. Oğlumu da əlimdən alıb, evdən qovdular. Düşdüm barlara. Oldum bar qəhbəsi.

-         Bəs bu var-dövlət, bağ, maşın hardan gəldi?

-         Bir yaşlı kişi vardı. Tez-tez barımıza gəlirdi. Məndən xoşu gəlmişdi. Heç nə etmirdi. Sadəcə stoluna dəvət edər, yeyər-içər, əylənərdi. Pulumu da əvvəldən verirdi ki, başqalarıyla getməyim. Tənha adam idi. O qədər mənə öyrəşdi ki, axırda evləndi. Öləndə də hər şeyi qaldı mənə. İndi hər şeyim var. Amma it məsələsini yaddan çıxara bilmirəm. Çünki sümüyüm it iliyinə calaq olunub. Yadıma düşəndə az qala dəli oluram.  Küçədə dayanan kişiləri yüz dollara boyunduruğa salıb gətirirəm bağa. Oğlanların əvəzini onlardan çıxıram.  İt kimi davranıram, hürdürürəm, itlə yatızdırıb həzz alıram, heyvani hissimi soyuduram.

-         Səni itlə varlı adamlar yatızdırıb. Bəs sən niyə acığını kasıb-kusubdan çıxırsan?

-         Çünki mən də sənin kimi pul dalıyca çıxmışdım, oğlum qızdırmadan yanırdı. Pul tapmasaydım, dərman ala bilməsəydim öləcəkdi uşaq. Atası da allah bilir hardaydı. Sən də həmin gün məndən yüz dollar almasaydın uşaqların ac qalacaqdı. Hər ikimiz uşağımıza görə buna razılıq verdik. Birimiz qancıq olduq, o birimiz də Toplan. Varlılara nə edə bilərəm ki? Bir də özüm də onlar kimi varlıyam .   Hansı varlıya pul verib desəm ki, gəl qancıq ol. Gələrmi? Onların öz əyləncələri var. İndi Hindistandan meymun gətizdirib, qılları bitləmək dövrüdür. Qancıqlıq dövrü çoxdan keçib. Mən isə it həyatımdan əl çəkə bilmirəm.

        Ona görə də qul bazarını seçdim. Lap quldarlıq dövründəki kimi, qladiator oyunları təşkil edirmişəm kimi. Mənimçün insan həyatı yoxdur. Bircə it həyatıdır.  Pul gücünə gətizdirdiyim fahişə kişilər əl itim, qucaq itimdir, İngilis doqum üçün gətizdirdiyim “qul”lar isə qancıqdırlar. Özün görəcəksən, bir aydan sonra o qul bazarında mənim nə qədər toplanlarım, qancıqlarım olacaq. Qul bazarı bağlansa belə, məni gözləyəcəklər. Gecəyəcən məni, yiyələri Lalanı gözləyəcəklər. Hürəcəklər, zingildəyəcəklər. Çəkmələrimi yalayacaqlar. Lazım olsa hər yerimi öpəcəklər. Çünki onlara doğmayam. Onların da sümüyü it iliyinə calaq olunub, mənim də. Onları ancaq mən başa düşürəm. Mənim heç kimim yoxdur. Onlardır mənim  nəslim. Yeni toplanlar və qancıqlar nəsli.

-         Bayaq mənə də fahişə dedin. Axı, mən fahişə deyiləm.

-         Sənə sadəcə yazığım gəldi. Toplan kimi ləhləməyini, hürməyini, ayağımın yanında yatmağını, ağzına pul soxmağını  çəkib telefonlara buraxmadım. O səhnəni evdəkilər görsəydi, səni həmən qovacaqdılar. Gəlib mənim yanımda həmişəlik Toplan olaraq qalacaqdın – vəfalı və sədaqətli.

       Bütün suallarıma cavab aldım. Ayağa durdum ki, gedim. Lala çantasından 100 dollar çıxarıb mənə verdi. Alıb qoydum cibimə. Qoca kişi məni qapıyacan ötürdü.

Ertəsi gün qul bazarına getmədim. İnşaat işləri gedən yerləri dolaşıb, özümə usta köməkçisi işi tapdım. Amma o günləri heç vaxt unutmuram. Nə “Qancıq” Lala yadımdan çıxır, nə də “Toplan” Əli.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM