Dağlıq Qarabağa dair təkzibolunmaz mənbələrə əsaslanan fundamental elmi əsər

10:36 / 18.10.2014

Elçin Əhmədov

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru

 

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən müxtəlif vaxtlarda məqsədyönlü şəkildə həyata keçirilən terror, etnik təmizləmə, soyqırım siyasəti Azərbaycan tarixinin faciələrlə müşaiyət olunan  çox ağrılı mərhələlərini təşkil etmişdir. Bu millətçi siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından çıxarmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsi nəticəsində onların bu bölgədə süni surətdə çoxaldılması, XX əsrin əvvəllərindən başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına səbəb olmuşdur.

Bu yaxınlarda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Moskvada nəşr olunan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı tarixi sənədlər əsasında münaqişənin qədim dövrlərdən zəmanəmizə qədər yaranma səbəblərini əks etdirən, habelə Dağlıq Qarabağın həmin ərazidəki Azərbaycan dövlətlərinə mənsub olmasını dəqiq göstərən müxtəlif tarixi mənbələr öz əksini tapmışdır.

Müəllif  kitabın ilk fəsillərində erməni (hay) etnosunun Kiçik Asiya ərazisinə və sonralar isə Cənubi Qafqaza gəlmə olmasını elmi cəhətdən əsaslandırır. Əsərdə qədim və orta əsrlər dövrünə aid çoxsaylı mənbələr, habelə yeni və müasir dövrün sənədləri əsasında Cənubi Qafqazın həqiqi tarixi, erməni etnosunun indiki vəziyyətdə bu əraziyə yalnız XIX əsrin əvvəlində gəlməsi göstərilir. Akademik  faktlarla sübut edir ki, əsrlər boyu Alban kilsəsi ilə mübarizə aparan erməni kilsəsi planlı şəkildə alban kilsəsini özünə tabe etməyə, sonra isə tamamilə öz içində əritməyə çalışmışdır.

Akademik  əsərdə antik mənbələrə, “tarixin atası” Herodota, onlarla qədim Roma, yunan, erməni, Suriya, rus, ingilis dillərindəki və digər dillərdəki ilk məxəzlərə, elmi ədəbiyyata istinad edərək ermənilərin Asiya qitəsinin də yerli əhalisi olmadığını, onların Kiçik Asiyaya kimmerlərin təzyiqi ilə Balkan yarımadasından köçüb gəldiklərini sübut edir. Akademik Ramiz Mehdiyev müxtəlif dillərdə olan ilk mənbələrdəki, o cümlədən erməni mənbələrindəki və erməni tarixçilərinin əsərlərindəki çoxsaylı faktlarla müasir erməni saxtakarlarının uydurduqları saxta iddiaları faktlarla tıkzib edərək, ermənilərin guya Cənubi Qafqazın "aborigen əhalisi" olması barədəki saxta erməni uydurmalarını ifşa etmişdir.

Müəllif düzgün olaraq belə bir əsaslı elmi nəticəyə gəlir ki, ermənilər böyük dövlətlərin Cənubi Qafqazda möhkəmlənmək uğrunda apardıqları rəqabət mübarizəsinin gedişində çar Rusiyası tərəfindən bir alət olaraq Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycan torpaqlarına köçürülmüşlər.

 Akademik əsərində qeyd edir ki, ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri məhz mühüm strateji əhəmiyyət kəsb edən Qarabağ ərazisi olmuş, bu bölgəyə çarizm tərəfindən xüsusi diqqət yetirilmişdir. Strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Bu dövrdə  regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar Rusiyası XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Türkiyə və İrana qarşı müharibə apararkən “erməni amili”ndən  siyasi alət kimi istifadə etməklə, əhalinin erməniləşdirilməsi siyasətini də həyata keçirmişdir.

Müəllif göstərir ki, Qarabağın dağlıq hissəsində erməni əhalisinin xeyli dərəcədə çoxaldılması XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın çar Rusiya tərəfindən işğal edilməsindən sonra baş vermişdir. 1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrinin gedişində, həm də sonralar ermənilərin İran və Türkiyədən kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artmağa başlamışdır.

  Monoqrafiyada Qarabağ əhalisinin sayı və etnik tərkibi haqqında ətraflı məlumat verən mühüm sənəd çar məmurları tərəfindən tərtib edilən “Qarabağ əyalətinin təsviri”nə istinad edilərək qeyd olunur ki, 1823-cü ildə Qarabağ əyalətində 20 min 95 ailə, o cümlədən 15 min 729 azərbaycanlı və 4 min 366 erməni ailəsi olmuşdur. Yəni, hələ 1823-cü ilə qədər Qarabağa köçürülən ermənilərin hesabına əyalətdə onların sayı artıb 4 min 366-ya çatmışdır.

Eyni zamanda müəllif əsərdə Qarabağın dağlıq hissəsində erməni əhalisinin xeyli dərəcədə çoxaldılması XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsindən sonra baş verməsi mühum mənbələrə əsasən diqqətə çatdırır. Qeyd edilir ki, 1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrinin gedişində, həm də sonralar ermənilərin İran, Türkiyə və Cənubi Azərbaycandan kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artmağa başladı və bu proses bütün XIX əsr boyunca davam etdirilmişdir.

Müəllif rus tarixçisi və etnoqrafı N.N.Şavrova istinad edərək göstərir ki, Qarabağın dağlıq hissəsinə əvvəlcə rəsmən 124 min, daha sonra isə qeyri-rəsmi olaraq xeyli erməni köçürülmüşdür. Ümumiyyətlə, 1828-1830-cu illər ərzində Qarabağın dağlıq hissəsinə 200 min erməni köçürülmüşdür. Bu faktları N.N.Şavrova əsaslanaraq belə təsvir edir: “1828-1830-cu illər müharibəsi qurtarıqdan sonra biz 40 mindən çox İran və 84 min Türkiyə ermənisi köçürüb, onları demək olar ki, ermənilər yaşamayan Yelizavetpol  və İrəvən quberniyalarında, Tiflis və başqa qəzalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirdik. Onların məskunlaşması üçün 200.000 desyatindən çox xəzinə torpağı ayrılmış və onlar üçün müsəlmanlardan 2 milyon manatlıqdan çox xüsusi sahibkar torpağı satın alınmışdı. Həmin ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur – R.M.) və Göyçə (Sevan - R.M.) gölünün sahillərində məkunlaşdırıldılar”.

Müəllif qeyd edir ki, bu fakt onu sübut edir  ki, köçürülən ermənilər, əsasən ermənilər yaşamayan və ya az erməni yaşayan ərazilərdə yerləşdirildilər. Buradan belə məlum olur ki, XIX əsrin əvvəllərinə, xüsusilə Türkmənçay müqaviləsinə qədər Azərbaycanın Yelizavetpol və İrəvan quberniyalarında ermənilərin sayı həddindən artıq az olmuşdur.

Monoqrafiyada  faktlara əsasən bildirir ki, XIX əsrin sonu - XX əsrin əvvələrində Cənubi Qafqaza ermənilərin köçürülməsi davam etdirildi. Yəni,  Türkmənçay müqaviləsindən sonrakı iki ildə çar Rusiyasının himayədarlığı nəticəsində ermənilər Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Qarabağın dağlıq hissəsində məskunlaşmağa nail oldular. Çarizmin ermənilərə olan bu diqqəti və himayədarlığı sonrakı illərdə də özünü göstərirdi. 1828-1829-cu Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə başlanıldı. Yəni, bu köçürülmə prosesinin davamı olaraq Rusiya-Türkiyə  müharibəsi illərində də Türkiyədən Cənubi Qafqaza daha 90 min erməni köçürülmüşdür. Əsərdə göstərilir  ki, 1908-ci ildə isə Qafqazda ermənilərin  sayı 1 milyon 300 min nəfərə çatmışdır ki, lakin regionda yaşayan ermənidən  1 milyon nəfəri diyarın köklü sakinləri olmamış,  onları  çar Rusiyası tərəfindən köçürmüşlər.

Əsərdə göstərilir ki, ermənilərin Azərbaycan ərazilərinə köçürülməsindən  başlayaraq özgəninkini mənimsəmə prosesi bu gün də davam edir. Hazırda Azərbaycanın işğal edilmiş torpaqlarında qədim Azərbaycan yaşayış məskənlərinin  adları sürətlə dəyişdirilir.

Akademik  əsərində qeyd edir ki, XIX əsrin birinci yarısından başlayaraq ermənilərin köçürüldükləri Azərbaycan ərazilərində demoqrafik vəziyyətdə dəyişikliklər baş vermişdir. Nəticədə, Dağlıq Qarabağda və Azərbaycanın bəzi mahallarında, eləcə də tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan Respublikasında ermənilər sayca üstünlük təşkil etməyə başladılar.

Müəllif əsərində erməni millətçilərinin XIX əsrin sonunda – 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Qınçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdıqlarını və  bundan sonra, ermənilərin “Böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırır.

Əsərdə qeyd edilir ki,  XX əsrin əvvəllərində erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında qarşıya qoyduğu “Böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. Belə ki, 1905-1906-ci illərdə ermənilər dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağıdılmışdır.

Akademik R. Mehdiyev monoqrafiyanın  “Yeni Cənubi Qafqaz” adlı fəslində XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətindən bəhs edirək qeyd edir ki, 1917-ci ildə Rusiyada baş verən fevral və oktyabr hadisələrindən sonra “Daşnaksütyun” partiyası daha geniş fəaliyyətə başladı. Leninin himayəsi altında Şaumyan Bakı Kommunasının rəhbəri oldu və onun başçılığı ilə 1918-ci ilin martında ermənilər tərəfindən dinc azərbaycanlılara qarşı əsl soyqırımı törədildi. Belə ki, həmin il martın sonunda daşnak birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutdular. Bunun ardınca isə silahlı daşnaklar azərbaycanlıların evlərinə hücum edərək amansız qətllər törətdilər. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Həmin günlərdə daşnak birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılmış, eləcə də xüsusi işgəncələrlə və amansızlıqla öldürülmüşlər. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir.

Ümumilikdə. əsərdə erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel Bakıda və ətraf kəndlərdə 50 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilməsi, o cümlədən Quba qəzasında, Şamaxıda, Kürdəmirdə, Göyçayda və başqa bölgələrdə azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilmələrini aşkar edən faktlar diqqətə çatdırılır.

Əsərin növbəti fəslində müəllif çox əsaslı olaraq qeyd edir ki,  Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsr köçürülən ermənilərə 1923-cü il iyulun 7-də muxtar vilayət statusu verildi ki, bu da Sovet Rusiyasının himayəsi və iştirakı ilə həyata keçirildi və bu hadisə təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə oldu.  

Müəllif əsərdə göstərir ki,  1945-ci ilin noyabr ayında o zaman Ermənistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi birinci katibi Q.Arutinov Dağlıq Qarabağın Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında təklifi ÜİK(b)P MK-nın sərəncamına göndərdi. Ancaq Dağlıq Qarabağın Ermənistan SSR-in tərkibinə daxil edilməsi üçün məktubda gətirilən dəlillər tamamilə əsassız idi. Əvvəla, Dağlıq Qarabağ 1923-cü ildən deyil, tarixən Azərbaycan ərazisi olmuşdur.

Monoqrafiyada akademik R. Mehdiyev qeyd edir ki, sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və  mədəni məsələləri əhatə edən muxtariyyətə malik olsa da, Ermənistan öz ərazi iddialarını bir neçə dəfə ortaya atmış, ancaq istəyinə nail ola bilməmişlər.

 Əsərdə maraqlı bir fakt da diqqəti cəlb edir.  A.Mikoyan SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olduqdan sonra  ermənilər bundan istifadə edərək 1964-cü ildə DQMV-nin Ermənistana birləşdirilməsi məsələsini N.S.Xruşova təklif etdilər. N.S.Xruşov onun təklifinə çox maraqlı bir cavab vermişdi: “Mən Dağlıq Qarabağ ermənilərinin Ermənistana bir sutka ərzində köçürülməsini tə’min etmək üçün 12 min hərbi yük maşını ayrılmasını təqdim etməyə hazıram”.

Lakin, müəllif çox düzgün olaraq bildirir ki, bunun əvəzində 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarına əsasən 1948-53-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürüldü və bu da Ermənistanın mono-etnik respublikaya çevrilməsi istiqamətində atılan addım oldu.

Əsərdə tarixi sənədlər əsasında təkzibedilməz faktlar ortaya çıxarılır, Dağlıq Qarabağ probleminin meydana gəldiyi tarixi şəraitin elmi izahı verilir. Akademik Dağlıq Qarabağ münaqişəsinin artıq müharibəyə çevrildiyi bir məqamda beynəlxalq erməni terror təşkilatlarının bu işdə iştirakına da diqqəti cəlb etmişdir.

Əsərin fəsillərində   1988-ci il hadisələri başlayanda ilk vaxtlar vəziyyəti son dərəcə gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan erməni siyasətçiləri və onların mərkəzi ittifaqdakı himayədarları tərəfindən vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayırmaq cəhdlərinin əsassız və qeyri-qanuni olması sübut edilir. Əsərdə qeyd edilir ki, sovet dövründə ermənilər tərəfindən  mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə mənfi ictimai fikir formalaşdırılmış, erməni ideoloqları Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün İttifaq miqyasında yaymışdılar.

 Müəllif  baş verən sonrakı hadisələri təhlil edərək DQMV-nin sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların mərkəzdəki himayədarlarının irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasında olduğunu əsərdə faktlarla sübuta yetirmişdir. Bununla yanaşı, əsərdə 20 yanvar hadisələri, Azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən Sumqayıt hadisələrinə də diqqəti cəlb edərək,  sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasətini açıb göstərilmiş və  1990-cı ilin sonu-1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzünün  daha geniş miqyas almasının səbəblərini geniş təhlil edilmişdir.

Əsərin “Qarakənddən Xocalıya” adlı fəslində 1991-ci ilin sonu- 1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca Yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrinin də işğalı və bu hadisələrdə erməni terror təşkilatlarının, eləcə də Xankəndində yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocavənd rayonunun Qaradağlı kəndində və Xocalı şəhərində törətdikləri soyqırıma diqqəti cəlb etmiş, nəticədə dinc sakinlərə qarşı amansız vəhşiliklərin edildiyini xarici və erməni mənbələrinə istinad edərək təkzibedilməz faktlarla göstərmiş, eləcə də bunun nəticəsində yaşayış məntəqələrinin dağıdıldığı, talan edildiyi və yandırıldığı diqqətə çatdırılmışdır. Bununla yanaşı, əsərdə Ermənistanın diasporun iştirakı ilə Dağlıq Qarabağ ətrafında münaqişənin necə qızışdırması, “Böyük Ermənistan” ideyasının ön plana çəkməsi və siyasi iflasa uğraması müfəssəl araşdırılır.

Kitabın ayrı-ayrı fəsilləri münaqişənin hüquqi bazasına həsr edilmişdir. Bu fəsillərdə Dağlıq Qarabağ ərazilərinin ayrılmasının əsassız və qeyri-qanuni olması sübut edilir. Həmçinin ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar prosesi də nəzərdən keçirilir.   Müəllif bildirir ki,  torpaqlarına təcavüz olandan sonra da Azərbaycan bütün vasitəçilik missiyalarından imtina etməyərək, problemin ATƏT prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu bir daha nümayiş etdirmişdir. Eyni zamanda, münaqişənin dinc vasitələrlə nizama salınması üçün yaradılmış Minsk qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun üzvü olan böyük dövlətlərin mövqeyində də yekdil fikrin olmaması sülh prosesinin nəticəsiz qalmasına səbəb olduğu göstərilir.

Bununla yanaşı, elmi əsərdə Ermənistanın düşdüyü bugünkü acınacaqlı vəziyyətin ilkin səbəbləri göstərilir. Müəllif bildirir ki, BMT-nin və Ermənistan Səhiyyə Nazirliyinin statistikasına görə 2013-cü ildə bu respublikada uşaq doğumunu səciyyələndirən kəmiyyət göstəriciləri 1988-ci ilin müvafiq göstəricisi ilə müqayisədə iki dəfədən çox azalmışdır. Belə ki, 1988-ci ildə əhalisinin sayı 3,4 milyon olan Ermənistanda 87 min uşaq doğulduğu halda, 2013-cü ildə cəmi 41.906 uşaq doğulmuşdur. Bu göstəriciyə əsasən Ermənistanda əhalinin azalma miqyası haqqında da nəticə çıxarmaq olar.

Monoqrafiyanın rus dilində çap olunması oxucu auditoriyasının genişlənməsi ilə əsərin elmi əhəmiyyətini daha da artırmişdır. Əsərin rus dilində nəşrinin əhəmiyyəti ondan ibarətdir ki, milyonlarla rusdilli oxucuya təqdim edilən bu kitab Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayan, eləcə də ATƏT-n Minsk qrupunun həmsədri olan bir ölkənin paytaxtında işıq üzü görmüşdür. Bu da,  heç şübhəsiz rusdilli oxucularda Qarabağ həqiqətləri haqqında obyektiv rəyin yaranmasında müəyyən rol oynaya bilər.

Ümumilikdə, əsərdə zəngin mənbələr əsasında Dağlıq Qarabağın tarixi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində kompleks şəkildə müfəssəl araşdırılmşdır. Monoqrafiya eyni zamanda, alimin elmi-nəzəri və fəlsəfi ümumiləşdirmələri baxımından da Azərbaycan elminin böyük nailiyyətidir.

Bununla yanaşı, hörmətli akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı tarixşünaslığımız mühüm töhfədir, eləcə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından da mühüm  əhəmiyyət kəsb edən əsərdir və bu baxımdan monoqrafiyanın müxtəlif dillərə tərcümə edilməsi çox zəruridir.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM