“Ən nifrət edilən aktyorumuz” kimdir?

13:52 / 15.09.2014

"Azərbaycan kinosu və teatrında öhdəsindən məharətlə gəldiyi mənfi roluna görə nifrət etdiyiniz aktyor kimdir"?

Sualımıza tanınmışlar və sadə tamaşaçılar cavab verir:

 

1. Rüstəm Behrudi: Rza Təhmasib (“Mehman” - Qaloş)

2. Mənsum İbrahimov: Məlik Dadaşov (“Fəryad” - Xaçaturyans, “Axırıncı aşırım” - Qəmlo)

3. Qan Turalı: Məlik Dadaşov (“Fəryad” - Xaçaturyans)

4. Dilqəm Əhməd: Məlik Dadaşov (“Fəryad” - Xaçaturyans)

5. Vüqar Əhməd: Nifrət etməmişəm, bilirəm ki, roldur. Aktyor mənfi rolunu məharətlə ifa edəndə film boyu şübhəsiz nifrət olur. Uşaqlıqda "Yeddi oğul istərəm" filmindəki roluna görə İsmayıl Osmanlıya nifrət edirdim. Böyüyəndə "Fəryad" filmində erməni Xaçaturyans, "Axırıncı aşırım” filmində isə Qəmlo roluna görə böyük aktyorumuz Məlik Dadaşova qarşı məndə qəzəb yaranıb. Teatrlarda isə mənfi rolların peşəkar ustası Fuad Poladova qarşı "nifrət" yaranıb məndə.

6. Nəsimi Nəbizadə: Məlik Dadaşov

7. Zümrüd Yağmur: Əslində yaratdığı obraza görə hər hansı bir aktyora nifrət edə bilməmişəm, yəqin ki,  bunun bir rol olduğunu unutmamışam.  Amma bəzən sevdiyim aktyorları mənfi obrazı canlandırarkən görəndə istər-istəməz içimdə qarmaqarışıq duyğular olub. Çünki sevdiyim aktyoru  mənfi obrazda görmək xoş olmayıb, bu üzdən də xüsusən uşaqlıq illərində buna bir az sakit yanaşa bilməmişəm. Amma sonralar bir neçə aktyorun mənfi obrazları necə məharətlə yaratdığını görəndə sevdiyin bir aktyorun o obrazı səni qəzəbləndirəcək dərəcədə ifa etdiyinə görə hətta daha da çox sevdiyini düşünmüşəm. Azərbaycan kinosunda "Arxadan vurulan zərbə" filmindəki Yusif  Vəliyevin canlandırdığı Qurd Cəbrayıl obrazını  və "Mehman" filmində Kamilov obrazını canlandıran Adil İsgəndərovu xatırlayıram indi. Bir də təhrif olunsa da, hətta indi həqiqəti bilsəm də, "Axırıncı aşırım" filmindəki Qəmlo roluna görə Məlik Dadaşova "nifrət" etmək olur. Amma təbii ki, bu nifrəti istadadın gücü, necə deyələr, yumşaldır. Obraza nifrət etdikcə, əksinə, onu belə canlandıra bilən aktyoru daha da çox sevirsən.

8. Kənan Hacı: Azərbaycan kinosunda ən çox nifrət elədiyim obraz Kələntər dayı olub. Bu obrazı da rəhmətlik İsmayıl Osmanlı oynayıb. "Yeddi oğul istərəm" filmində bu obraz az görünür, amma tamaşaçının yaddaşında çox dərin iz buraxır.

9. Səlim Babullaoğlu: Elə bir aktyor yoxdur, personajlar var: Qaloş, Qurd Cəbrayıl, Lal Hüseyn.

10. Nilufər Muğantürk: Yəqin indi hamı filmlərin, 80-90% də Məlik Dadaşovun adını çəkib, mən tamaşadan deyim. Teatr səhnəsində çox sevdiyim aktyorlardan biri - İlqar Cahangirin "Məkkəyə gedən yol" tamaşasında oynadığı Xudayar bəy roluna görə zəhləm getmişdi o anlıq ondan,  yəni o qədər gözəl oynamışdı ki, o cür sevdiyim aktyor əsəbləşdirə bilmişdi məni. "Məkkəyə gedən yol" tamaşasındakı Xudayar bəy roluna görə İlqar Cahangir.

11. İntiqam Hacılı: Məlik Dadaşov (“Fəryad” - erməni obrazı)

12. Cəlil Cavanşir: "Fəryad" filmindəki  erməni roluna görə Məlik Dadaşova, "Yeddi oğul istərəm" filmindəki Kələntər roluna görə İsmayıl Osmanlıya uşaq vaxtı ciddi şəkildə nifrət edirdim.

13. Sərdar Amin: Məncə, Azərbaycan filmlərində mənfi obrazları ən yaxşı canlandıran obraz Məlik Dadaşovdur - “Fəryad” filmindəki Xaçaturyans, “Axırıncı aşırım” filmindəki Qəmlo obrazına görə.

14. Ərəstun Oruclu: İsmayıl Osmanlı (“Yeddi oğul istərəm” - Kələntər dayı)

15. Yafəs Türksəs: Məlik  Dadaşov,  İsmayıl  Osmanli, Muxtar  Maniyev.

16. Şahnaz Kamal: Məlik Dadaşov.

17. İradə Musayeva: Mənfi rolun öhdəsindən gələn ən yaxşı aktyor Məlik Dadaşov (“Axırıncı aşırım” filmində Qəmlo, “Fəryad” filmində erməni), Adil İskəndərov (“Mehman” filmində Kamilov) və s. Amma aktyora nifrət etmirəm qətiyyən.

18. Kürçaylı Məmmədov: Məlik Dadaşov (“Fəryad” - Xaçaturyans), Muxtar Manıyev (“Ölsəm bağışla” - Seyidrza), Rasim Balayev (“Otel otağı - Sədyar)

19. Qulu Ağsəs: Məlik Dadaşov.

20. Məti Osmanoğlu: Ağlım kəsəndən aktyorla onun oynadığı rolu  eyniləşdirməyim yadıma gəlmir. Əksinə, mənfi rolları məharətlə oynayan aktyorlara böyük rəğbətim olub. Məsələn, İsmayıl Dağıstanlı Kələntər obrazını böyük ustalıqla yaradılıb və bu rola görə onu çox sevmişəm. Şeyx Nəsrullahı Məlik Dadaşov gözəl oynayırdı...

21. Rəşad Məcid: Məlik Dadaşov. Amma nifrət etmirəm, peşəkarlığına hörmət edirəm.

22. Elşad Ərşadoğlu: Düzü, hansısa aktyora nifrət etdiyim yadıma gəlmir. Aktyorun nəyinə nifrət edim e, öz işini görür də. Sadəcə, kimlərinsə oyunlarını çox bəyəndiyim olub. Hazırda ağlıma gələnlərdən Qaçaq Nəbiyə həsr olunmuş "Atları yəhərləyin" filmində Şahmar Ələkbərovun oynadığı koxa obrazını və "Fəryad" filmində Məlik Dadaşovun canlandırdığı erməni obrazını qeyd edə bilərəm.

23. İlqar Cahangir: Nifrət deməzdim. Amma söymüşəm. Rza Təhmasib, "Qanun naminə" filmində Qaloş obrazı.

24. Narıngül Nadir: Ceyhun Mirzəyevin "Fəryad" filmində Məlik Dadaşovun oynadığı Xaçaturyansa görə bir müddət bu aktyoru görəndə ona qarşı mənfi hisslər yaranırdı. Düşünürəm ki, Məlik Dadaşov bu rolun öhdəsindən olduqca məharətlə gəlib. İstər üzünün ifadəsi, mimikası, istərsə də  aktyor oyunu son dərəcə uğurludur. Bir də İlyas Əfəndiyevin "Atabəylər ailəsi" tamaşasında oynadığı polis işçisi roluna görə Fuad  Poladov.

25. Azad Qaradərəli: Bu məsələ bir qədər qarışıqdır. Məsələn, uşaqlıq illərindən baxanda "Yeddi oğul istərəm" filmində  Kələntər obrazına görə İsmayıl Osmanlıya nifrət etmişəm. Amma illər sonra komsomolun,  kommunist partiyasının əslində işğalçı bir rejimin havadarı olduğunu, demokratik, milli cümhuriyyətimizi namərdcəsinə devirdiyini biləndə əsla nə Kələntərə, nə  də İsmayıl Osmanlıya nifrət etməmişəm. Eləcə də "Arxadan vurulan zərbə" filmindəki Qurd Cəbrayıl və "Mehman" filmindəki Qaloş obrazına. Bu obrazlar, məncə, birtərəfli göstərilib. Əslində onlar Sovet hökumətinə tabe olmayan qaçaq dəstələrinin gizlin fəaliyyətə keçmiş üzvləri idilər... Film kimi çox labovoy, istedadsızcasına çəkilsə də, "Onu bağışlamaq olarmı?" filmindəki qatil obrazına nifrət etmişəm. Təəssüf ki, bu da uşaqlıq çağlarıyla bağlıdır. O filmə indi qətiyyən baxa bilmərəm, çünki  çox bəsitdir. O ki qaldı teatra? İblisi məharətlə oynadığına görə Hamlet Xanızadəyə (H.Cavid "İblis") belə bir hiss bəsləmişəm.

 

Tanınmışların ən çox hallandırdıqları aktyor adı: Məlik Dadaşov.

 

 

1.Əfəndiyeva Xəyalə:

Məlik Dadaşov (“Fəryad” - Xaçaturyans, “Axırıncı aşırım” - Qəmlo), İsmayıl Osmanlı (“Yeddi oğul istərəm” - Kələntər dayı), Məmmədrza Şeyxzamanov (“Nəsimi” – Şeyx Əzəm), Rza Təhmasib (“Mehman” - Qaloş), Yusif Vəliyev (“Arxadan vurulan zərbə” - Qurd Cəbrayıl), Şahmar Ələkbərov (“Atları yəhərləyin” - Kəndxuda), Rasim Balayev (“Qatır Məmməd” - Əziz), Vəfa Fətullayeva (“Qılınc və qələm” - Qətibə), Fuad Poladov (“Atayevlər ailəsi” - Ziyad Şahsuvarov), “Alov” - Əmin Bəxtiyarov), Muxtar Maniyev (“Sən həmişə mənimləsən” - Fərəc), Bəsti Cəfərova (“Solğun çiçəklər” - Pəri), Hamlet Xanızadə (“İblis” - İblis)

2. Əliyev TariyelMəlik Dadaşov.

3. Şükürov Cavid: Nifrət deməyək, amma mənfi obrazı çox gözəl yaradan aktyor Məlik Dadaşovdu.

4. Nağıyev RenadMəlik Dadaşov (“Axırıncı aşırım” - Qəmlo)

5. Qasımov ZamiqRza Təhmasib (“Mehman”-Qaloş), İsmayıl Osmanlı (“Yeddi oğul istərəm” - Kələntər dayı), Əli Haqverdiyev (“Dədə Qorqud” – Yalıncıq), Givi Toxadze (“Dədə Qorqud” – Alp Aruz)

6.Təhməzzadə GünelHəsənağa Turabov (“Yeddi oğul istərəm” - Gəray bəy)

7. Həsənli MəcidAğahüseyn Kərimov (“O qızı tapın” - Emin Şirinov)

8. İbrahimov Nemət: Nifrət elədiyim yoxdu.

9. Bağırova ƏzizəYusif  Vəliyev (“Arxadan vurulan zərbə” – Fəttah) və Amaliya Pənahovanın bütün rollarına, xüsusilə Babək filmindəki Zərnisə obrazına nifrət edirəm.

10. Sultanova ElnarəMuxtar Maniyev (“Ölsəm bağışla” - Seyidrza)

11. Ağayev MirvahidRasim Balayev (“Qatır Məmməd” - Əziz)

12. Əlisoy EminMəlik Dadaşov: (“Fəryad” - Xaçaturyans)

13. Həsənov HəsənMəmməd Verdiyev (“Babək” - Buğday)

14. Qasımova Günel: Məlik Dadaşov (“Fəryad” - Xaçaturyans)

15. Səməd Səfərov: Nifrət etmirəm, əksinə, sevirəm o aktyorların oynadığı obrazları. Qəmlo (Məlik Dadaşov) Azərbaycan bolşeviklərinə qarşı mübarizə aparıb, məğlub oldu və 1990-cı ildə biz bunu davam etdirdik. Elə Kələntər dayı (İsmayıl Osmanlı) da, lap elə Qaloş (Rza Təhmasib) da Sovetin mücərrəd qanunlarının qoruyucusu Mehmanın düşməni və kolxoz-malxozun əleyhdarı və sair.)))

16. Gündüz Bayramoğlu: “Uzaq sahillərdə” filmində Şults obrazını canlandıran Qriqori Şpigel.

17. Şeyxzamanlı Kamran: “Yeddi oğul istərəm” filmindəki Qəzənfər əmini öldürən qoca.

18. Tağıyeva Nərgiz: “Fəryad" filmindəki roluna görə Məlik Dadaşova hər dəfə nifrət edirəm.

19. Abbasova Səməni: “Fəryad” filmində Məlik Dadaşovun oynadığı Xaçaturyans, “Atları Yəhərləyin” filmində Rasim Balayevin oynadığı Səlim bəy obrazına nifrət edirəm.

20. Arzu Murad: Mənim nifrət etdiyim aktyor yoxdur, amma nifrət yaratmağı bacaran aktyorlar olaraq Muxtar Maniyev, Məlik Dadaşov, Amaliya Pənahovadır. Halbuki Amaliya xanımın xətrini çox istəyirəm.

21. Fərəcbəyli Anar: “Qatır Məmməd” kinosunda Qatır Məmməd rolunu oynayan Şahmar Ələkbərov.

22. Məmmədli Səbinə: Yadıma Məlik Dadaşov düşdü - “Fəryad” filmindəki roluna görə. Nədənsə sevə bilmədim onu sonra. Nə qədər yaxşı rolları olsa da.

23. Qarayeva Aynur: Məlik Dadaşov. “Fəryad” filmindəki roluna görə.

24. Axundzadə Nuranə: Məlik Dadaşovun “Axırıncı aşırım” filmindəki "Qəmlo", Yusif Vəliyevin “Arxadan vurulan zərbə” filmindəki “Qurd Cəbrayıl” roluna görə.

25. Səlimzadə Orxan: “Fəryad” filmində Məlik Dadaşovun yaratdığı obraza.

 

Tamaşaçıların ən çox hallandırdıqları aktyor adı: Məlik Dadaşov./kult.az/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM