Mehriban Əliyeva: “Mən kitab adamıyam”

10:31 / 15.09.2014

Reyhan Mirzəzadə

Publisist-politoloq

 

15 sentyabr - yeni dərs ilinin başlanması münasibəti ilə.

 

“Bilmək üçün oxuyun, bacarmaq üçün oxuyun,

yaşatmaq üçün oxuyun, qəlbinizə və ruhunuza

yaxın olan nə varsa, onların uğrunda mübarizə

aparmaq üçün oxuyun!”

 

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri

 

Kitaba uşaqlıqdan aludəyəm. Lap uşaqlıqdan. Ömrümün, taleyimin ən etibarlı varlığından biri kitablar olub. Sevmişəm, əzizləmişəm onları. Vərəq-vərəq oxuduqca, dünyanın mənəvi ləzzətini səhifə-səhifə daddıqca, elə hey ehtiyac duymuşam onlara. Həyatımın əksər hissəsi kitabxanalarda keçib və bu kitabxanaları dünyanın ən bahalı saraylarından qiymətli hesab etmişəm.

         Bəzən insanların içində darıxanda, ora, kitabxanalara  - “dostlarımın” yanına tələsmişəm. Bu “dostlarımdan” zövq almışam, onları sonsuz bir məhəbbətlə mütaliə etmişəm. Sevdikcə əzizləmişəm, əzizlədikcə də qorumuşam. Kitablar yeganə “dostlarım” olub ki, onlardan yalnız sədaqət görmüşəm, xeyirxahlıq, ömür yollarıma işıq salan alicənablıq görmüşəm. Onlar mənim bütün ruhuma, daxili dünyama, həyatıma nur çiləyib, tale yollarıma xeyir-dua, həyatın çətinliklərinə dözmək üçün qollarıma güc verib. Böyük tacik şairi, filosofu Əbdürrəhman Nurəddin İbn Əhməd Caminin misraları ürəyimdən xəbər verib:

 

Ağıllı adamlar, yaxşı adamlar!

Bilik kitabdadır, axtarsan əgər

Kitabı sevənlər tənhalıq bilməz,

Elmə arxalanar, sınar, əyilməz.

 

Heç zaman yadımdan çıxmaz; orta məktəb şagirdi olanda valideynlərim hər gün mənə bufetdə xərcləmək üçün qəpiklər verirdilər. Bunlar dadıma çox yetirdi. Bu qəpikləri yığıb həftə sonu, yaxud ayda bir dəfə kitab mağazalarına qaçırdım. Yeni bir kitab alanda, sevincim yerə-göyə sığmırdı. Qəribədir, bu işdə yaxınlarım da mənə dəstək olduqca, otağımda kitablarımın sayı artdıqca, “dostlarıma” getdikcə daha çox susayırdım. Sayını da, adlarını daha az qala əzbər bilirdim. Evimizdə kiçik bir kitabxana yaranmışdı.

Deyirlər, guya kitab oğurluğu mədəniyyətdir. Açığını deyim, evimizə təşrif buyurmuş ümumi tanışlarımızdan biri ailədə kimsəyə demədən kitabxanamdan az tapılan sanballı bir kitabımı aparandan sonra xəbər tutduğumda, “əziz dostumun” geri qayıtması uğrunda xeyli “mücadilə yolu keçdim”. “Dostum” evə qayıdanda, onu ağlaya-ağlaya öpüb, yerinə qoydum. Çünki gözüm yaman qorxmuşdu. Bəzən “ürəyimin bir parçası olan sevimli, əziz dostlarımı” kimsə oxuyub, mütləq qaytararıq adı ilə məndən istəyəndə, “sevimli ciyərparalarım” evdən çıxır, bir daha geri dönmürdü. Hər kitabımın itkisini üz vermiş bəla kimi qəbul edirdim. Sonra öz-özümə ədalətli bir hakim kimi hökm verdim: Artıq bu ülvi, munis, səmimi, müqəddəs “ dostlarımı” heç kim məndən ayıra bilməz!

Bu hökmdən sonra Möhübbət adlı ehtiram bəslədiyim ziyalı qohumum Azərbaycanın tanınmış tarixçi-alimi Ziya Bünyadovun  misli olmayan kitablarından birini oxumaq üçün istədikdə, qaytarmayaca-ğını duyduğum üçün ürəyim sızıldasa da, gülümsünüb dolayısı yolla etiraz etməli oldum. Və hərəkətimdən də peşman olmadım. Mən “əzizimi” gedər-gəlməzə göndərə bilməzdim.

Dünyanın hər cür naz-neməindən bir an içində doyduğum halda, kitablardan doymaq bilmirdim. Gözlərim hər yerdə, hər diyarda kitab soraqlayırdı. Hansısa tanışımdan, yaxınımdan bəyəndiyim kitab istədikdə, onu ən qısa zamanda oxuyub, hörmətlə sahibinə qaytarırdım. Bu meyarlar mənim əbədi həyat ahəngimə çevrildi...

Mən həmişə həm də kitabların gücü hesabına yüksələn qadın intellektinin pərəstişkarı olmuşam. Xüsusilə Azərbaycan xanımının yüksək səviyyəsini, dərin ağlını, parlaq zəkasını, zəngin mənəviyyatını gördükdə sevinib qürrələnmişəm.

Ölkəmizin birinci xanımının fəaliyyətini, işıqlı ziya və məfkurəsini kənardan-kənara doğmalıqla seyr etməkdəyəm. Azərbaycan, deyərdim ki, dünya qadınlarının bir nömrəli nümunəsi olan Mehriban Əliyevanın genişmiqyaslı xidmətləri, humanist əməlləri, xalqı yolunda qatlaşdığı zəhmətləri bir yana, xanım Əliyevanın kitaba olan məhəbbəti, sevgisi, kitabı yüksək dəyərləndirməsi onu nəinki Azərbaycan, deyərdim ki, planetin bütün kitabsevərlərinin əqidə dostuna çevirib. Mehriban xanım bu barədə deyir:  “... Uşaqlıqdan mənim babam Nəsir İmanquliyevin evində böyük kitabxana var idi. Bacımla mən hamısını birnəfəsə oxuyurduq. İndiyə kimi oxumaqdan böyük zövq alıram. Nə kinomatoqraf, nə müasir kompyuter oyunları mənim üçün maraqlı kitabı əvəz etməz”.

Mehriban xanım Əliyeva istər Azərbaycan Mədəniyyətinin Dostları, istər “Azərbaycan-İrs” jurnalının təsisçisi, istərsə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi xalqımızın övladlarının maariflənməsi, gələcəyə savadlı, bilikli, yetkin bir insan olaraq formalaşıb addımlamağı üçün böyük işlər görüb, nəhəng lahiyələr həyata keçirib. Onlardan bəzilərini qeyd etmək istəyirəm.

Azərbaycanın birinci xanımının əməyi müqabilində 2006-cı ildə Rusiyanın “Puşkin kitabxanası” Fondundan çoxsaylı kitablar Azərbaycana hədiyyə edildi. Bununla əlaqədar Heydər Əliyev Fondunda keçirilən mərasimdə xanım Əliyeva çıxış edib dedi:  “ ... Yəqin hamınız yaxşı xatırlayırsınız ki, Sovet statistikasına görə, Sovet İttifaqı dünyada ən çox mütaliə edən ölkə sayılırdı. İndi postsovet məkanının da dünyada ən çox mütaliə edən məkan olduğunu söyləsəm, yəqin ki, yanılmaram. Ona görə də ölkələrimizin inkişafının müəyyən məqamında kitab nəşrinin kəskin şəkildə azaldığı, elmi, bədii ədəbiyyatın sanki yoxa çıxdığı bir vaxtda biz əsl kitab aclığı hiss etməyə başladıq.

Kitab nəşrinin dirçəldilməsi bir tərəfdən kitabların xeyli bahalaşması ilə, digər tərəfdən isə belə bir narahatlıqla müşayiət edilirdi ki, bundan sonra biz ancaq detektivləri, eşq-məhəbbət romanlarını, kulinariya kitablarını və qoroskopları oxumağa məhkumuq. Lakin xoşbəxtlikdən cəmiyyətdə bu çox dərin böhranı aradan qaldırmağa qadir qüvvələr tapıldı. Bugünkü sərgi də buna əyani sübutdur. Düşünürəm ki, siz bu ədəbiyyatla ötəri də olsa, tanış ola bildiniz. Bu, doğrudan da elə əsl, həqiqi bədii və elmi ədəbiyyatdır ki, onsuz nəinki təhsil və elmi, həm də ümumən cəmiyyəti təsəvvür etmək belə çətindir... Yəqin ki, siz hamınız yaxşı xatırlayırsınız, bizim ümumi keçmişimizdə sovet dövrünün ən məşhur təbliğat şüarlarından biri belə idi: “Kitab ən yaxşı hədiyyədir”. Əgər biz o vaxtlar bu ifadəyə bir qədər istehza ilə yanaşırdıqsa, indi burdakı müxtəlif, çox yaxşı və lazımlı nəşrlərə baxanda etiraf edirik ki, kitab, həqiqətən ən yaxşı hədiyyədir...”

Mehriban xanımın bu dəyərli çıxışını əvvəldən sonadək dinlədikcə düşündüm ki, onun fikirləri dünyasını dəyişmiş və kitab tarixində mütərəqqi izlər qoymuş neçə-neçə korifeyin, filosofun, yazıçının ruhuna böyük ehtiramdır.

“İnsan bütün ömrü boyu maariflənmək üçün yaşamalıdır”. “Əgər bizim uşaqlar əsl təhsil almaq istəyirlərsə, onlar mütaliə ilə təhsil almalıdırlar”. “Mütaliə ən yaxşı təlimdir. Böyük adamın fikirləri ilə məşğul olmaq ən maraqlı elmdir”. “Kitab bəşəriyyətin tərəqqisinin ən böyük vasitələrindən biri, siyasi mübarizənin ən güclü silahı, insanlığın topladığı bütün biliklər məcmusunu mənimsəmək üçün qüdrətli amildir”. “Kitablar olmasaydı, mən səfalət və alçaqlıq içində qərq olardım”. “Mütaliə qüdrətli idrak vasitəsidir”. “Yaxşı kitab yaxşı cəmiyyət kimi duyğuları və əxlaqı tərbiyələndirir və nəcibləşdirir”. “Savadlı adam mütaliə etmirsə, təkrar savadsızlığa məhkumdur”. “Hər kim kitab oxumursa, o, düzgün fikirləşə bilməz”. Görün bəşər xəzinəsinin mənəvi sərvətlərindən olan Höte, Çernışevski, Puşkin, Bessel, Qorki, Piraqov, Lunaçarski, Didro zamanında kitaba necə də sevgi və insanpərvərliklə, ədalət və incəliklə qiymət vermişlər. Hələ yüzillər boyu öncə qüdrətli əsərləri ilə söz elmi və ağıl kainatında günəş kimi parlayan böyük Nizami yazırdı:

Dünyada nə qədər kitab var belə

Çalışıb, əlləşib gətirdim ələ

Oxudum, oxudum, sonra da vardım,

Hər qızıl xəznədən bir dür çıxardım.

“Kitab yolunda hər şeydən keçərəm” – deyən azəri oğlu Yusif Vəzir Çəmənzəminli bu hökmündə nə qədər səmimi və haqlı imiş.

Azərbaycan xalqının tarix boyu yaratdığı zəngin abidələrdən biri – “Kitabi-Dədə Qorqud” dastanı, Nəsimi, Füzuli kimi klassik şairlərimizin yaradıcılığı dünya ədəbiyyatını rövnəqləndirən nadir incilərdəndir. Belə ki, yenə Əliyevlərin zəhməti ilə nüfuzlu beynəlxalq təşkilat olan YUNESKO səviyyəsində “Kitabi-Dədə Qorqud” un 1300, Nəsiminin 600, Füzulinin 500, görkəmli yazıçı-alim, ictimai xadim Mir Cəlal Paşayevin 100 illik yubileylərinin keçirilməsi Azərbaycan kitabına, Azərbaycan ədəbiyyatına hörmət və qayğının təzahürü idi.

Mehriban xanımın genlərini daşıdığı Mir Cəlal Paşayevin şəcərəsi bütövlükdə kitabsevər ziyalılardan ibarətdir. Ailə söhbətlərinin müəyyən qismini təşkil edən kitab müzakirələri indi də bu peşə meyarları ilə davam edir. Mehriban xanım isə istər ata-baba ocağının, istərsə də gəlini olduğu ailənin kitabsevərlik ənənəsini yaşatmasını hər fikrində, hər bir hərəkətində büruzə verir.

“İzvestiya” qəzetinin müxbiri Oleq Siqanovla müsahibədəki anlara diqqət yetirək:

Müxbir:

- Siz hansı kitabları oxuyursunuz? Sizi hansı janr maraqlnadırı?

         Mehriban Əliyeva:

        - Kitablar baxımından mən necə deyərlər, olduqca universal zövqə malikəm. Kitabları mən həm Bakıda alıram, həm də kənardan, o  cümlədən Moskvadan gətirirlər. Müasir ədəbiyyat haqqında onu deyə bilərəm ki, yaxşı və asan oxunan ədəbiyyat az deyil, lakin daim belə bir sual doğur ki, bunu ədəbiyyat adlandırmaq olarmı? Ona görə də biz yenidən klassikaya qayıtmağa məcburuq. Məsələn, mən bir qədər əvvəl təkrarən Dostoyevskini oxuyurdum, bir çox şeyləri yenidən kəşf etdim. İndiki qavrayış gənclik illərindəkindən tamamilə fərqlidir.

Müxbir:

      - Bəs televiziya haqqında nə deyə bilərsiniz?   

Mehriban Əliyeva :

      - Ümumiyyətlə, mən televiziya adamı deyil, kitab adamıyam. İş belə gətirib. İlham bütün informasiya proqramlarına baxır, o, evdə olmayanda isə televizoru yandırmağa həvəsim də gəlmir. Kinematoqrafiyaya gəldikdə isə, kino da mənim üçün ədəbiyyatdan törəmədir. Buna görə də Avropa, o cümlədən rus kinosu mənə Hollivudun istehsal etdiyi filmlərdən daha yaxındır. Bugünkü cəmiyyətdə televiziya çox zaman sadəcə vaxt keçirmək vasitəsidir. Mənim üçünsə əsas problem vaxt problemidir.

Qeyd edim ki, 2006-cı ilin iyulunda Heydər Əliyev Fondunda Fondun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin ali məktəblərinə müxtəlif elm sahələrinə aid Rusiyada nəşr olunmuş dörd mindən çox kitab hədiyyə edildi. Hazırda bu kitablardan gənc, orta və yaşlı nəsl səmərəli şəkildə istifadə edir. Heydər Əliyev Fondu tərəfindən Azərbaycan, eləcə də dünya ədəbiyyatının bir çox nümunələrinin son dərəcə nəfis şəkildə nəşr olunub xalqımızın övladlarının istifadəsinə verilməsi, onların müxtəlif dillərə tərcümə olunub dünya oxucularına çatdırılması indi də davam edir. Kitaba diqqəti və məhəbbəti daha da artırmaq istiqamətində ardıcıl mərasimlər, sərgilər keçirilir. Bu ənənə Heydər Əliyev Fondunun fəaliyyətinin əsas amillərindən biri kimi daim Mehriban xanımın diqqət mərkəzindədir.

Ürəkağrıdan məsələlərdən biridir ki,  müasir dünyanın, elmin inkişaf etdiyi kosmos, internet əsrinin özündə belə elə ölkələr var vətəndaşlarının xeyli hissəsi nəinki kitab oxuya, heç adını yaza bilmir. Bu, sözün həqiqi mənasında mənəvi fəlakətdir. Və bu bəla insanlığa heç də müharibələrin, təbii fəlakətlərin, aclığın faciələrindən az zərbə vurmur. Savadsızlıq özü mübarizə aparacaq qorxulu bir xəstəlikdir. Odur ki, dünya xalqları bu işdə həmfikir kimi bir-birinə dəstək verməkdə çox haqlıdırlar.

2007-ci ildə Qətər Dövlətində YUNESKO və Qətərin Təhsil Fondu tərəfindən təşkil olunmuş “Ərəb dövlətlərində savadlılıq, tərəfdaşlığın qurulması, və yeni yanaşmaların təşviqi” mövzusunda regional konfrans keçirildi. Həmin konfransda YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycan nümayəndəsi kimi çıxış edərək dünya ictimaiyyəti üçün əhəmiyyətli olan vacib məsələlərə toxunub bildirdi:  “İqtisadi artım təhsil, elm və mədniyyətin inkişafı ilə müşayiət olunduğu, eləcə də əhalinin tərəqqinin ən son nailiyyətlərindən istifadə imkanı təmin edildiyi ölkələrlə yanaşı, biz elə ölkələri də görürük ki, orada insanlar ibtidai təhsil ala bilmirlər. Statistika göstərir ki, 100 milyon oğlan və qız məktəbə getmək imkanından məhrumdur, dünyada yaşlı əhalinin təqribən 800 milyonu oxuya və yaza bilmir. Bu baxımdan mən YUNESKO-nun qlobal savadlılığın dəstəklənməsinə yönəlmiş fəaliyyətini, o cümlədən bu təşkilatın bütün ölkələr və xalqlar üçün açıq və bərabər təhsil almaq imkanının təmin edilməsi ilə bağlı planlarını xüsusi vurğulamaq istəyirəm. “Hamı üçün təhsil” dünya konfransı və sonradan keçirilmiş regional görüşlər və konfranslar bizi narahat edən bir çox problemlərin tədricən aradan qaldırılmasının mümkünlüyünə ən bariz nümunələrdir...

XX əsrdə Azərbaycan üç dəfə öz əlifbasını dəyişmək məcburiyyəti qarşısında qalmışdır. Buna baxmayaraq, ölkəmizdə savadsızlığın səviyyəsi çox aşağıdır. Əhalinin 98 faizi yaza və oxuya bilir. Azərbaycan Konstitusiyası hər bir vətəndaşın icbari 11 illik təhsil almaq hüququna təminat verir...”

Mehriban xanım Əliyeva ulu öndərimiz, ürəklərdə həmişəyaşar Heydər Əliyevin bəşəri irsini qayğı ilə qoruyub yaşadan və ucaldan, onun arzularının həyata keçməsinə töhvələrini bəxş edən simadır. Bununla bərabər, ailəsinin əziz üzvü olaraq xanım Əliyeva milli liderimizi uzun illər daha yaxından, daha həssaslıqla müşahidə və kəşf edən doğma insan və Heydər Əliyev haqqında yazılan kitabların bəlkə də ilk oxucusu olmuşdur. Odur ki, Oleq Siqanovun “Atanın və oğlunun (Mehriban xanımın həyat yoldaşı İlham Əliyev nəzərdə tutulur) xüsusiyyətlərini necə müqayisə edərdiniz? Heydər Əlirza oğlunun hansı keyfiyyətləri sizin üçün xüsusilə yaddaqalandır?” sualına Mehriban xanım cavab verir: “ Şübhəsiz ki, oxşarlıq var. Bu özünü çox şeydə göstərir. İlk növbədə intellektdə və xasiyyətdə. Heydər Əlirza oğlu barədə suala bir müsahibə çərçivəsində cavab vermək mümkün deyil. Onun haqqında çoxlu kitab yazılmışdır. Lakin təəssüf ki, onların heç biri onun şəxsiyyətinin bütün əzəmətini əks etdirmir. İlk növbədə əlbəttə ki, Heydər Əlirza oğlu aydın ifadə olunan harizmaya malik idi. Onun enerjisi ətrafda hər şeyi dəyişməyə qadir idi. Onun gəlişi ilə hər şey dəyişirdi. Onun fantastik yaddaşı, intellekti, hədsiz məlumatlılığı bəzən həlli müşkül görünən problemləri həll etməyə imkan verirdi.

Mahiyyət etibarilə Heydər Əliyev fenomeni hələ də sonadək açılmamışdır. Tarixin sovet dövründə Heydər Əliyev haqqında çox yazırlar. Azərbaycanda sanki ümidsiz görünən vəziyyəti onun necə dəyişə bildiyini, yaxud Heydər Əliyevin necə “hakimiyyət ustası” olduğunu anlamağa çalışırlar. Lakin bütün bunlar eyni bir adam barədədir. Bu yazılarda liderin həm proqmatik, həm də strateq ola bilməsinin fəlsəfi baxımdan dərk edilməsi çatışmır...”

... Yeni dərs ili başlayır. Həm uşaqların, həm də gənclərin yeni dərs ili. Elmin dərgahına gedən yollar yenə kitablardan başlayacaq. Həyat məktəbinin şagirdi olan və ömrü boyu oxuyub-öyrənməyə çalışan insanlar yenə kitabların səhifələrində dünyanı ziyarət edəcək, kainatın sirlərini öyrənəcək. Çünki kitab insanı bu kainatın sahibi edir.

Bu ruhda Mehriban xanımın keşiyində dayandığı zəngin irsdən bir nümunəni – Heydər Əliyevin unudulmaz vəsiyyətini bütün xalqımın yaddaşına bir daha xeyir-dua kimi bəxş etmək istəyirəm:  “Siz həyatda pak olmalı, real gerçəkliyin həll edilməmiş problemlərinə ictimai həyat qanunalarını dərindən dərk etməklə yanaşmalısınız. Yadda saxlamalısınız ki, yorulmaz, fədakar əməklə, yaradıcılıq axtarışı ilə, ideyalar mübarizəsi ilə səciyyəvi olan əsl elmdə asan yollar olmadığı kimi, əsl həyatda da asan yol yoxdur və olmayacaqdır”.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM