İntim səhnələrə çəkilən aktrisalarımız- Fotolar

16:25 / 23.07.2014

Peşman olan varmı?

Strategiya.az  teleqraf.com-a istinadən xəbər verir ki, əgər bir film, serial, teatr səhnəsində atəşli səhnələr varsa, onun tamaşaçı marağından uzaq qalması mümkün deyil. Hətta o yaradıcılıq nümunələri sənətdən uzaq olsa belə, Azərbaycanda zaman-zaman belə səhnələrə çəkilmək bir qırağa, sadaladığım sənət növlərində açıq-saçıq geyinən aktrisalar belə tənqid atəşinə tutulur. Elə bu tənqidlərə görə aktrisaların bəziləri çox istədikləri rolları oynaya bilmir, onun həsrəti ilə yaşayırlar. Amma həmin tənqidlərə sinə gərən cəsarətli aktrisalar da var. O cəsarətlilərin içərisində buna sənət kimi yanaşanı da, məşhur olmaq, tanınmaq istəyəni də var. Bu gün "Artırma"da kino, teatr və seriallarda açıq-saçıq rollara çəkilən aktrisalardan danışacağıq. İntim səhnələri oynamaq aktrisalar üçün nə deməkdir, bu onlara nəyin bahasına başa gəlir? Və dünya kinematoqrafiyasına inteqrasiya olunmağımızı dilə gətirənlərin ən kiçik açıq-saçıq səhnələrə dözümsüzlüyünün səbəbi nədir? Müsahibələrə qadağa qoydu 


Ötən il aktrisa Vəfa Zeynalovanın illər öncə çəkildiyi "İlahi məxluq" filmindəki bir səhnəsi böyük ajiotaja səbəb olmuşdu. Bu məsələ o dərəcədə böyüdü ki, hətta az qala aktrisanın ailəsinin dağılmasına qədər gedib çıxırdı. Amma çox şükür, bu, baş vermədi və o vaxtdan Vəfa xanım mətbuata bir daha müsahibə verməyəcəyini dilə gətirdi. Aktrisanın dediklərindən: "Həmin insanlara demək istəyirəm ki, "seks və erotika" sözünü özləri üçün təhlil eləsinlər, görsünlər nə deməkdi. Sonra fikir yürütsünlər, yazsınlar. Tamaşaçılarımız açıq-saçıq səhnələri qonşu ölkələrin filmlərində qəbul edirlər. Amma özümüzdə yox. Mən ssenarini oxuyanda dedim ki, bizim xalq bunu qəbul etməyəcək. Yavər bəy isə dedi ki, mən onun həllini tapacam. Və o da həllini həmin epizodda elə vermişdi; uşağın əli, üzü. Rejissor o vaxt mənə demişdi ki, bu film festival üçün çəkilir və bu səhnələr Azərbaycanda yayımlanmayacaq. Və məni də inandırdı. Amma nəyə görəsə, üç ildən sonra məhz həmin səhnəylə filmin piarı başladı". 

Bizdə aktrisa tapmadı, xaricə üz tutdu.

Bu ilin əvvəlində isə media gündəmi "Azdrama"nın səhnəsində oynanılan "Qatil" tamaşasında aktrisaMünəvvər Əliyevanın tamaşada aktyor Hikmət Rəhimovla oynadığı intim səhnələr barədə Alim Qasımovun söylədikləri ilə zəbt olundu. Xatırladaq ki, Münəvvər xanım daha öncə bu cür açıq-saçıq səhnələrə görə Rövşən İsaxın çəkdiyi "Aktrisa" filmində xarakterik baş rolu oynamaqdan imtina etmişdi. Hərçənd ki, rejissor israrla həmin rola azərbaycanlı aktrisa çəkmək istəyirdi: "Rol üçün bəyəndiyim aktrisalar filmdəki bəzi səhnələrə görə çəkilməkdən imtina etdilər. Ona görə əcnəbi ölkə aktrisalarına üz tutduq". Nəticədə rejissor belaruslu Alisa Kaçeri baş rola çəkdi.

"Peşman oldum" Həmin rola çəkilmək təklifi alan aktrisalardan biri də Günel Məmmədova idi. O sonra filmə baxıb, təklifi öncədən qəbul etmədiyinə görə peşman olmuşdu: "Rövşən İsax "Aktrisa" filmində baş rola məni çəkmək istəyirdi. Məhz açıq-saçıq səhnələr var deyə, imtina etdim. Amma filmə baxanda peşman oldum. Orada açıq-saçıq səhnələr elə də qabarıq deyil. İndi elə bir layihə olsa, çəkilərəm. Amma ümumilikdə açıq-saçıq səhnələrə çəkilmərəm. Bizim cəmiyyət aktrisanı oynadığı roluna görə qiymətləndirir. Ona görə hələ də çərçivələrimi saxlamışam. Amma xaricdə belə deyil və orda olsaydım, yəqin ki, çəkilərdim". 

"Vücudumu çılpaq göstərə bilmərəm" İndi Münəvvər Əliyeva hesab edir ki, aktrisa öz obrazına bəraət qazandırmaqdan ötrü hər şey etməlidir: "Aktrisanın borcu rejissorun verdiyi tapşırığı yerinə yetirməkdir. Əks təqdirdə rejissor deyir ki, xoş getdin. Əslində, məndə açıq-saçıq səhnələrə çəkilməklə bağlı kompleks var idi. Filmlərdən böyük rollar üçün dəvət alırdım, amma bir balaca açıq səhnəyə görə qəbul etmirdim ki, mən vücudumu çılpaq göstərə bilmərəm, bacarmaram. "Qatil" tamaşasından sonra kompleksim sındırıldı. Çünki "Qatil"də o çılpaqlığa varmırsan. Orada daha çox qadının ağrı-acısı üstələyir o səhnələri. Bu, sənətdir. Ola bilsin, sənətimin elə nöqtəsində gəlib yerləşdim, düşündüm ki, sənətə ciddi yanaşmaq lazımdır. Şıltaqlıq etmək olmaz. Heç kimə sirr deyil ki, indiyə qədər o açıq səhnələrdə çəkilmək üçün aktrisaları xarici ölkədən dəvət edib. Amma nəticədə film Azərbaycanın adına yazılır. "Təhminə və Zaur" da Təhminə obrazına türk aktrisa çəkildi. Bəyəm o rola Azərbaycan aktrisaları çəkilə bilməzdi?

"Soyunar, amma sekslə məşğul olmaz Təhminə demişkən, o rola rejissor Rasim Ocaqov öncəMehriban Xanlarovanı dəvət edib: "Mən təyin olunmuşdum o rola, yataq səhnəsinə də çəkiləcəkdim. Amma bilmədim nə oldu, Rasim Ocaqov qəfildən Meral Konratı bu filmə dəvət etdi. Bəh-bəhlə o səhnəyə baxırlar, amma mən çəkilsəydim, şəbədə qoşardılar. Azərbaycanda ilk dəfə fahişə roluna mən çəkilmişəm - Şahmar Ələkbərovun "Sahilsiz gecə" filmində. Erotik rol idi, mən orada gecə köynəyimi yuxarı dartmışam. Açıq səhnə demək olardı ona. Həmin vaxt məni az qala daş-qalaq edəcəkdilər. Hətta xəbərlər yayıldı ki, Mehribanı döyüblər. Düzdür, bəzi ağzıgöyçək arvadlar üstümə gəldilər, amma özləri deyib özləri də eşitdilər. İndi istər əcnəbi, istərsə də yerli bir rejissor məni yataq səhnəsinə dəvət etsə, razılıq verərəm. Yalan nə deyim, soyunaram, amma sekslə məşğul olmaram". 

Teatrda soyunan ilk aktrisa Zümrüd Qasımova teatrda soyunan ilk aktrisa kimi məşhurlaşdı. Yuğ Teatrında Vaqif İbrahimoğlunun hazırladığı "Canımda can" tamaşasında aktrisanın şəffaf örtüyün arxasında soyunması o zaman üçün çox böyük səs-küyə səbəb oldu: "Mənə o rolu təklif edəndə 18 yaşım var idi. 10 il öncə baş vermişdi. Çoxu deyirdi ki, məni qəbul etməyəcəklər. Bu, mənim sənətim idi, etdim. Bugünkü gündə də peşman deyiləm. Nəyə görə dünya ulduzları bunu edə bilər, biz yox? Mən bunu edəndə gözlədiyim təpki ilə rastlaşmadım, düzdü, etiraz edənlər də oldu, lakin o qədər də böyük faciə olmadı. Elə bil ki, cəmiyyət buna hazır idi. İndi artıq belə təklifləri rədd edirəm".

"Açıq səhnələrim..." "Məhkumlar", "Toy gecəsi" seriallarında birmənalı qarşılanmayan qadın obrazlarını canlandıran aktrisa Səmimə Səlimova deyir ki, maksimum çəkildiyi açıq səhnələri gecə köynəyindədir: "Space" telekanalında "Tək olanda qorxma" serialına təklif almışam. Orda ərinə xəyanət edən rus qızını canlandırıram. O rolla bağlı açıq-saçıq səhnə var. Hətta birinə çəkilmişəm, sadəcə, intim səhnə deyil. Mən çox açıq səhnədə çəkilmərəm. Birincisi, açıq səhnəyə Azərbaycanda ehtiyac yoxdur. Tamaşaçı o qədər arifdir ki, bir işarədən də hər şeyi başa düşür. Əgər reytinq xatirinə bunu edirlərsə, sənət baxımından bunu düzgün hesab etmirəm". 

"Müharibə dövründə məni hamı zorlayıb" "Müharibə" tamaşasında zorlanma səhnəsində çəkilən aktrisa Kəmalə Müzəffərin fikrincə, açıq səhnələrlə bağlı rejissorun dedikləri ssenaridə, yaxud pyesdə özünü doğrultmalıdır: "Mən bir aktrisa olaraq ona inanmalıyam. "Müharibə" tamaşamda zorlanma səhnəm var. Və o səhnəni böyük məmnuniyyətlə oynadım. Çünki mütləq o səhnə oynanılmalı idi. Ki, qadın ərinə sonda o sözləri deməyə bilsin: "Mənim üçün artıq fərqi yoxdur. Müharibə dövründə məni hamı zorlayıb". 

"Bu tip qadınları qınayıram" Bir müddət öncə aktrisa Dilarə Nəzərovanın "Gürzə" filmindəki Ziba rolunu ifa edərkən geyindiyi geyimi sosial şəbəkələrdə və yerli saytlarda müzakirələrə səbəb oldu. Hərçənd ki, film 6 il öncə çəkilib və telekanallarda dəfələrlə nümayiş olunub: "Rəy yazan insanların əksəriyyəti filmə baxmadan düşüncələrini bildirirlər. Hər halda ilk öncə filmi tam olaraq izləyib, sonra obraz haqqında fikirlərini paylaşsalar, daha yaxşı olar. Mən də həyatda bu tip qadınları qınayıram və "Ziba" obrazını canladırmağımın ən əsas səbəblərindən biri də belə həyat tərzi keçirən qadınların sözügedən filmə baxaraq bu yolun faciə ilə bitəcəyini dərk etməsini istəyirəm. Həyatın acı həqiqətlərini yalnız xəbərlərdə deyil, filmlərdə də göstərmək lazımdır". 

"Pornoya çəkilərəm" "Qız yükü" serialında yataq səhnəsi ilə məşhurlaşan Türkan Əliyeva iddia edir ki, xarici ölkədən pornoya çəkilməyə dair təklif gəlsə, qəbul edər: "Mən aktrisayamsa, istənilən rolu oynamağı bacarmalıyam. Belə şeylərdə tam komplekssizəm. Hətta bu yaxınlarda yeni bir təklif almışam. Çılpaq fotosessiyam olacaq. Belə şeylər məni qorxutmur. Çəkildiyim yataq səhnəsinə görə atam mənimlə danışmır. Hərdən zəng edib səsini eşidirəm. Mən bundan sonra istənilən yataq səhnəsinə çəkilməyə hazıram. Hətta xarici ölkədən pornoya çəkilməyə dair təklif gəlsə də, qəbul edərəm". 

O, heç vaxt çəkilməz Heç vaxt açıq- saçıq səhnələrə çəkilmədiyini və bundan sonra da çəkilməyəcəyini deyən Firəngiz Mütəllimova bunu həm özünə, həm cəmiyyətə, həm də ailəsinə görə etdiyini deyir. "Həm də mən Hollivudda çəkilmirəm ki, o səhnələrə görə milyonlar qazanım. Sözün düzü, heç mənə indiyə kimi elə rollar da təklif etməyiblər. Xarici filmlərdə o epizodlara baxanda pis yanaşmıram. Yəni, hər şey gözəl olanda yaxşı olur. Estetik baxımdan gözəldirsə, qoyun çəkilsin. Amma ikrah hiss oyadan səhnələrin əleyhinəyəm".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM